00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Manşet

KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb

Avropada təbii qazın qiyməti son üç ilin yeni maksimumuna çatıb, belə ki, treyderlər qış dövrü ərəfəsində yanacaq anbarlarını doldurmağa tələsir və İranla Oman arasında Hörmüz boğazından gəmiçiliklə bağlı razılaşmanın təfərrüatını gözləyirlər.

Uluyol.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, sentyabrın 8-də qaz üzrə etalon füçerslər 3.4% bahalaşaraq 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. Agentlik qeyd edir ki, Tehran müvəqqəti təhlükəsiz marşrutu da əhatə edəcək razılaşmanın tezliklə bağlanacağını bildirsə də, treyderlər ABŞ-nin həftəsonu İran tankerlərinə endirilən zərbələrə reaksiya kimi gəmilərə hücum riskinin yüksək olduğunu bildirirlər. Hazırda Avropadakı qaz anbarları mövsümi normadakı 83%-lə müqayisədə cəmi 67% doludur.

Bu il anbarların doldurulma tempinə Yaxın Şərqdəki münaqişə dövründə mayeləşdirilmiş təbii qaz bazarında daha yüksək qiymətlər, eləcə də iyun və iyul aylarında müşahidə olunan ekstremal isti hava ciddi təsir göstərib. Belə yay dövrlərində soyutma sistemləri və kondisionerlər üçün elektrik enerjisinə tələbat kəskin artır.//oxu.az