Bu dağlarda Vətən uğrunda döyüşən igidlərimizin ən böyük qorxusu ölüm deyil, övladlarının böyüdüyünü görə bilməmək idi…
Onlar bu yollarda ona görə vuruşurdular ki, bir gün övladları həmin yollarla qorxmadan addımlaya bilsinlər.
Bir gün Şuşaya, Cıdır düzünə gedib qürurla “Ata, mən gəldim!” deyə bilsinlər.
Birlikdə əkilən ağaclar, yarımçıq qalan xatirələr, övladlara yazılan məktublar… Hər biri bir şəhidin Vətənə sevgisinin, ailəsinə həsrətinin və gələcəyə inamının izidir.
Bu gün o igidlərin ruhu azad Şuşanın küləyində, Cıdır düzünün nəfəsində, Zəfərimizin hər anında yaşayır.
Ağlasanız da, başınızı dik tutun. Çünki atanızın qanı ilə yazılan tarixdə siz qalib xalqın övladlarısınız.
Zəfər Günümüz mübarək!