00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Səhiyyə

Qızılca və məxmərəyə bənzəyən “altıncı xəstəlik” adlı virus nədir?

Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır.

Ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən “altıncı aəstəlik” adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdən biri bildirib ki, bur neçə gün övladında davamlı müşahidə edilən yüksək hərarətdən sonra gövdə nahiyəsində səpgilər yaranıb və bədənin digər hissələrinə də yayılıb.

Bəs səpkiləri qızılca, məxmərək kimi virus infeksiyalarına oxşayan “altıncı xəstəlik” nədir?

Uzman pediatr Lalə Nəsirova Xəzər TV-yə bildirib ki, herpes virusları tərəfindən törədilən, uşaqlıq dövründə baş verən, kəskin, səpkili virus infeksiyasıdır. Ən çox 6 ay – 2 yaş arasında müşahidə olunur və əsasən bağçaya gedən uşaqlarda rast gəlinir.

Lalə Nəsirova bildirir ki, antibiotiklər bu infeksiyalarda kifayət qədər təsirli deyil. Çünki antibiotiklər yalnız simptomu sağaltdığı halda, inteqrativ müalicə ilə infeksiyanın yaranma səbəbi müalicə olunur. Yalnız bakterial infeksiya qoşulduğu halda antibiotik müalicəsinə ehtiyac yarana bilər.