Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni PJ.2.1 ştamı ilə bağlı xəbərdarlıq edib.
Uluyol.info xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, yeni variantın simptomlarını adi soyuqdəymə və ya qriplə dəyişik salmaq çox asandır.
ÜST-dən təfərrüatlı şəkildə izah olunub ki, əksər respirator infeksiyalar oxşar klinik əlamətlərlə büruzə verdiyindən xəstəliyin ilk günlərində konkret virusun növünü təyin etmək çətinlik yaradır.
Təşkilat bəyan edib ki, belə hallarda dəqiq diaqnoz qoymaq üçün mütləq laborator testlərin aparılması zəruridir.