00:00 · 12.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Hindistanda əsrlər boyu əfsanələrə mövzu olan batmış şəhərin izləri tapıldıNiyə rüşvətə yox, hicaba qarşı tədbirlər görülür…Alman rəhbərlər ölümə belə göndərildi – Dar ağacları düzgün quraşdırılmamışdıZelenskinin atəşkəsdən xəbəri yox imiş…Əzmin yüz on beş illik salnaməsiNepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər varSabahın havası – Yağış, şimşək, dumanƏr-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıbKadırov Bakıya niyə gəldi? – SƏBƏBLƏRGöygöldən sonra Goranboy: Bu şirkət bir həftədə iki tender üzrə 1,2 milyonluq sifariş alıbAzərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıbYeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? – VİDEOHindistanda əsrlər boyu əfsanələrə mövzu olan batmış şəhərin izləri tapıldıNiyə rüşvətə yox, hicaba qarşı tədbirlər görülür…Alman rəhbərlər ölümə belə göndərildi – Dar ağacları düzgün quraşdırılmamışdıZelenskinin atəşkəsdən xəbəri yox imiş…Əzmin yüz on beş illik salnaməsiNepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər varSabahın havası – Yağış, şimşək, dumanƏr-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıbKadırov Bakıya niyə gəldi? – SƏBƏBLƏRGöygöldən sonra Goranboy: Bu şirkət bir həftədə iki tender üzrə 1,2 milyonluq sifariş alıbAzərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıbYeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? – VİDEO
Dünya

Hindistanda əsrlər boyu əfsanələrə mövzu olan batmış şəhərin izləri tapıldı

Arxeoloqlar Benqal körfəzinin sualtında əsrlər boyu tamil poemalarında xatırlanan qədim Hindistan limanı Pumpuхarın qalıqlarını aşkar ediblər. Tapıntılar əfsanəvi şəhərin dəniz suları altında qalmazdan əvvəl mühüm ticarət mərkəzi olduğunu təsdiqləyə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “National Geographic” yazır.

Ekspedisiya Tamilnad ştatının sahillərində, 10–12 metr dərinlikdə və müasir sahil xəttindən 1,8–2,2 kilometr məsafədə araşdırmalar aparıb. Tapıntılar arasında dörd gil quyu, yüzlərlə saxsı qab parçası, Qərbi Asiya bölgəsinə aid küp fraqmenti, eləcə də daş və kərpicdən tikilmiş böyük bir qurğunun qalıqları var. Tədqiqatçılar ehtimal edirlər ki, sonuncu tikili qədim liman sahil qurğusunun bir hissəsi ola bilər.

Arxeoloqların xüsusi diqqətini fars ticarət gəmisinə aid fraqment cəlb edib. Bu tapıntı digər artefaktlarla birlikdə Pumпухarın uzaq ölkələrlə ticarət əlaqələrinin olduğunu göstərir. Quyuların və memarlıq tikililərinin mövcudluğu da hazırda su altında qalan ərazinin vaxtilə yaşayış məskəni olduğunu təsdiqləyən əlamətlərdəndir.

Ehtimallardan birinə görə, şəhərin bir hissəsi dəniz səviyyəsinin yüksəlməsi və intensiv tektonik proseslər nəticəsində su altında qalıb.

Pumпухar haqqında əvvəlki məlumatlar əsasən eramızdan əvvəl VI əsrdən eramızın III əsrinə qədərki dövrdə yaradılmış tamil poemalarına əsaslanırdı. Həmin əsərlərdə şəhər Çola sülaləsinin hakimiyyəti altında olan, dünyanın müxtəlif bölgələrindən gəmilərin gəldiyi canlı liman kimi təsvir edilir. Liman məhəllələrində xarici tacirlərin yaşadığı da qeyd olunur.

Bununla belə, tədqiqatlar hələ tamamlanmayıb. Arxeoloqlar limanın yerləşə biləcəyi ərazinin cəmi təxminən 10 faizini araşdırıblar. Musson mövsümünün başlaması səbəbindən sualtı işlər müvəqqəti dayandırılıb.

Alimlər dəniz dibinin xəritəsini daha ətraflı hazırlamaq və yeni sualtı tikililər axtarmaq üçün 2027-ci ilin əvvəlində Benqal körfəzinə qayıtmağı planlaşdırırlar.