00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Siyasət

İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdı

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranda hakimiyyət dəyişikliyinə nail olmaq istədiyini açıqlayıb.

Oxu.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, Netanyahu bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Biz İran rejiminin aradan qaldırılmasını başa çatdırmalıyıq. Bu, birinci dərəcəli vəzifədir. Bu barədə Trampla dəfələrlə, o cümlədən srağagün danışmışam”, – deyə Netanyahu bildirib. O, oktyabrın 18-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını da qeyd edib.

Netanyahu əlavə edib ki, İranda hakimiyyət devrildikdən sonra İsrail Livanda “Hizbullah” təşkilatından da xilas ola biləcək.

Bundan əvvəl bir sıra KİV mənbələrə istinadən Benyamin Netanyahu ilə Donald Trampın İrana qarşı yeni əməliyyat keçirilməsi məsələsini müzakirə etdiklərini yazıblar.

Oktyabrın 13-də “Axios” nəşri İsrailin baş naziri ilə ABŞ prezidentinin telefon danışığı apardığını və hər iki ölkədə keçiriləcək seçkidən əvvəl İrana yeni zərbələr endirilməsi məsələsini müzakirə etdiklərini bildirib.

İsraildə parlament seçkisi oktyabrın 27-də, ABŞ-də isə Konqresə aralıq seçki noyabrın 3-də keçiriləcək.