00:00 · 02.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq“Neftçi” liderliyə yüksəldiXroniki yorğunluğu adi yorğunluqdan fərqləndirən əlamətlərZelenski Putinə BU ÖLKƏDƏ görüşməyi TƏKLİF ETDİƏrdoğan Cənubi Koreyaya GEDİR: 15 milyardlıq ANLAŞMAFrankfurtda xaos: Etirazçılar silah, geyim və ətir mağazalarını VURUB DAĞITDIEpşteyn qalmaqalı Şotlandiyaya da uzandı: Keçmiş şahzadə barəsində yeni araşdırmaRusiya türk dövlətidirmi: Tokayevin Ankarada verdiyi təklifin arxasında nələr dayanır? – ARAŞDIRMAMüharibəni seçən İsrail və İranla anlaşmağa çalışan SəudiyyəTuran sofrasında Afqanistan türkleri buluşduAbdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq“Neftçi” liderliyə yüksəldiXroniki yorğunluğu adi yorğunluqdan fərqləndirən əlamətlərZelenski Putinə BU ÖLKƏDƏ görüşməyi TƏKLİF ETDİƏrdoğan Cənubi Koreyaya GEDİR: 15 milyardlıq ANLAŞMAFrankfurtda xaos: Etirazçılar silah, geyim və ətir mağazalarını VURUB DAĞITDIEpşteyn qalmaqalı Şotlandiyaya da uzandı: Keçmiş şahzadə barəsində yeni araşdırmaRusiya türk dövlətidirmi: Tokayevin Ankarada verdiyi təklifin arxasında nələr dayanır? – ARAŞDIRMAMüharibəni seçən İsrail və İranla anlaşmağa çalışan SəudiyyəTuran sofrasında Afqanistan türkleri buluşdu
Manşet

Zelenski Putinə BU ÖLKƏDƏ görüşməyi TƏKLİF ETDİ

Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin tənzimlənməsi üzrə növbəti addımları ölkə rəhbərləri səviyyəsində müzakirə etməyin vacib olduğunu hesab edir və bu səbəbdən Rusiya lideri Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bəyan edib.

Uluyol.info xəbər verir ki, bu barədə Zelenski “CNN Türk” kanalına müsahibəsində bildirib:

“Bilirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə öz əlaqələri var. Bu səbəbdən biz Türkiyədə görüşün keçirilməsini dəstəkləyirik. Lakin burada çox vacib bir məqam var: Türkiyədə, eləcə də Birləşmiş Ərəb Əmirliklərində texniki qruplar və nümayəndə heyətləri arasında çoxlu görüşlər keçirilib. Müxtəlif nəticələr əldə olunsa da, müharibə hələ də davam edir”.

Ukrayna prezidentinin sözlərinə görə, əgər liderlərin görüşü real irəliləyişə gətirib çıxarmasa, bu, yeni suallar doğuracaq və diplomatiyanın məğlubiyyəti demək olacaq.

Zelenski vurğulayıb ki, texniki qrupların nəticə əldə etməsi bəzən çətin olur, lakin siyasi iradə nümayiş etdirilərsə, liderlər səviyyəsində istənilən problemi həll etmək mümkündür. Məhz bu səbəbdən Ukrayna dövlət başçısı son qərarları qəbul edən şəxs kimi Putinlə birbaşa masaya oturmaqda təkid edir.//musavat.com