Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə Müdafiə Alyansına qoşulmaq məsələsini nəzərdən keçirir.
Uluyol.info “Ynet”ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən “IISS Manama Dialogue” konfransında bildirib.
“Hazırda Suriyanın Məkkə Alyansına daxil olması imkanlarını qiymətləndirmək məqsədilə müzakirələr aparılır”, – nazir deyib.
Onun sözlərinə görə, bu gün regionun heç bir ölkəsi öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmir. Əş-Şibani Fars körfəzinin təhlükəsizliyinin Suriyanın təhlükəsizliyinin bir hissəsi olduğunu vurğulayaraq əlavə edib ki, Dəməşq transsərhəd silahlı qruplaşmalara qarşı mübarizədə körfəz ölkələrini dəstəkləyir.//redaktor.az