00:00 · 11.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOTürkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTO
Mövqe

“Keçmiş” qazidən ayrı-seçkiliyə etiraz

Şəki sakini, Qarabağ əlili Kərim Fikrətli məruz qaldığı ayrıseçkiliyə etirazını bildirib.

Dostları ona məlumat veriblər ki,  şəhid ailələrinə və Qarabağ əlillərinə bayramla əlaqəli 100 manat bayram pulu verilir. 

Kərim Fikrətli məlumatı dəqiqləşdirmək üçün Şəki İcra hakimiyyətinin müvafiq şöbəsinə zəng vurduğunu deyir: “Və aldığım cavab pis təsir elədi. Söhbət heç də o, yüz manatdan getmir. Ayrı-seçkilikdən gedir. Mənə cavab belə oldu: Yalnız 2- ci Qarabağ müharibəsinin Şəhid və Qazilərinə şamil olunub” .

“Niyə ayrı-seçkilik olunur” sualını verən Kərim Fikrətli yazını bu sözlərlə bitirib: “Bir vaxt mən elə bu şəbəkədən, elə bu səhifədən nəsə yazanda altında belə bir imza qoyurdum – “Keçmiş Qazi”. Mənə irad bildirirdilər ki, Qazinin keçmişi olmur. İndi gördünüzmü Qazinin də “Keçmişi” olur? Sizlərə sayğılarla: Keçmiş Qazi!

Noyabrın 8-də Goranboyda da rayon İcra Hakimiyyəti tərəfindən Zəfər Günü münasibətilə şəhid ailələrinə və qazilərə maddi yardım olunub.

Mubarizciler.az xəbər verir ki,  bu barədə RİH-nin mətbuat xidməti məlumat yayıb.

Goranboy rayon İcra Hakimiyyəti tərəfindən, “8 noyabr-Zəfər Günü” ilə bağlı, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də sağlamlığını Vətən yolunda itirmiş qazilərimizə diqqət və qayğının ifadə olunması, onların sosial rifahına dəstək məqsədi ilə 206 şəhid və 232 qazi ailələrinin hər birinə 150 manatdan olmaqla, ümumilikdə, 65700 manat maddi yardım gostərilmişdir.

Bildirilir ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli və ehtiyaclarının qarşılanması istiqamətində tədbirlər bundan sonrada davam etdiriləcək. 

Məlumatda bu tədbirlərin bütün şəhid ailələrini və qaziləri əhatə edib etmədiyi bilinmir.