00:00 · 11.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOTürkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTO
Türk Dünyası

Anıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 88-ci ildönümü ilə əlaqədar Ankaradakı Anıtqəbirdə çoxsaylı insan toplaşıb.

Uluyol.info info xəbər verir ki, noyabrın 10-da keçirilən rəsmi mərasimlər başa çatdıqdan sonra məqbərənin ziyarətinə icazə verilib. Soyuq və qarlı havaya baxmayaraq, vətəndaşlar əllərində Türkiyə bayraqları, Atatürkün portretləri və gül dəstələri ilə onun məzarını ziyarət ediblər.

Ziyarətçilər məqbərənin önündə dua edib, ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut saxlayıblar. Atatürk və Qurtuluş Savaşı Muzeyinə daxil olmaq istəyənlər isə pilləkənlərdə uzun növbələr yaradıblar.

Anıtqəbirdəki səsgücləndiricilər vasitəsilə Atatürkün məşhur “10-cu il nitqi”nin audioyazısı da səsləndirilib.

Məqbərəni ziyarət edənlər arasında ölkənin müxtəlif bölgələrindən gələn gənclər də olub. İstanbuldan gələn 18 yaşlı Egemen Akyüz buranı ziyarət etməyi vətən borcu kimi qiymətləndirdiyini bildirib. O, hər bir türk gəncinin bu hissləri yaşamalı olduğunu deyib.

19 yaşlı Kadir Erdoğdu isə Atatürkün məzarını gördükdə duyğulandığını, onunla bağlı hisslərini sözlə ifadə etməyin çətin olduğunu söyləyib.

Avstraliyadan gələn Saras Selva da qrup şəklində Anıtqəbiri ziyarət etdiklərini bildirib. O, Atatürkün dünyada tanınan lider olduğunu vurğulayaraq, məqbərədə olmaqdan məmnunluğunu ifadə edib.//qaynarinfo