00:00 · 12.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Gündəm

Ermənistan Prezidenti TRIPP sazişini təsdiqləyən qanunu imzaladı

Ermənistan Prezidenti ABŞ-la TRIPP sazişinin ratifikasiyası haqqında qanunu imzaladı

Ermənistan prezidenti Vaaqn Xaçaturyan noyabrın 10-da İrəvanla Vaşinqton arasında strateji əməkdaşlıq çərçivəsində imzalanmış TRIPP layihəsi üzrə sazişin ratifikasiyasına dair qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, söhbət “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ilə bağlı çərçivə sazişindən gedir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti sazişin ratifikasiyasını təsdiqləyib. Səsvermədə 63 deputat lehinə, 32 deputat isə əleyhinə səs verib.