00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Müsahibə

Universitet müəllimləri də sertifikasiyaya cəlb olunur? – AÇIQLAMA 

Bildiyimiz kimi, ümumtəhsil məktəblərində müəllimlərin sertifikasiya imtahanı keçirilib. Sosial şəbəkələrdə digər müzakirə olunan məsələlərdən biri isə ali təhsil müəssisələrinin müəllimlərinin də sertifikasiyaya cəlb olunmasıdır.

Maraqlıdır, universitet müəllimləri də sertifikasiyaya cəlb oluna bilərmi?

Bakı Dövlət Universitetinin dosenti Rəşad Qardaşov  Redaktor.az-a açıqlamasında qeyd etdi ki, sertifikasiya imtahanları ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik, bacarıq, peşə qabiliyyəti, dərs keçmə metodikası, ümumilikdə müəllimlik peşəsinə xas olan bütün xüsusiyyətləri özündə birləşdirən kompleks imtahan sistemidir:

“Göründüyü kimi, ümumtəhsil məktəbində işləyən müəllimlər adı çəkilən bu komponentlərin hamısından müvəffəq nəticə göstərməlidir ki, sertifikasiya şərtlərini ödəsin və yaxud daha müvəffəqiyyətli nəticə göstərsin. Təbii ki, yüksək nəticə göstərən müəllimlərin məvaciblərində, maaşlarında, bir sözlə, differensiasiyasında, yəni fərqləndirilməsində bunun böyük əhəmiyyəti var”.

Müsahibimiz ali təhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiyaya cəlb olunma təklifindən danışdı:

“Ali təhsil müəssisələrində işləyən müəllimlərin hamısı elə hər il sertifikasiyadan keçir. Bu, bilirsiniz necə baş verir? Ali təhsil müəssisəsində işləyən müəllimlər hər il reytinq balı alırlar. Hər il reytinqə görə onların elmi bacarığı, elmi bilikləri yoxlanılır. Yəni bir müəllimin elmi yaradıcılığı hansı səviyyədədir, onun xaricdə indeksləşdirilmiş jurnallarda, bazalarda neçə məqaləsi çıxıb, “İlin müəllimi” nominasiyasında yer tuta bilibmi? Bu, elə sertifikasiya nümunəsidir. Yaxud hansısa bir müəllimin bu il ərzində hansı dərsliyi çıxıb, dərs vəsaiti çıxıb, fənn proqramı çıxıb, xaricdə konfranslarda məruzə edib, dövləti və dövlətçiliyi təmsil edən tədbirlərdə yaxından iştirak edib – bu da elə sertifikasiya amilidir”.

R.Qardaşov hesab edir ki, universitet müəllimlərinin sertifikasiyası elə universitetdə fəaliyyətin qiymətləndirilməsi meyarı ilə kifayət edir:

“Çünki bir universitet müəllimini, ali təhsil müəssisəsində çalışan bir müəllimi il ərzində öz reytinq balına baxaraq qiymətləndirmək olar ki, bu hansı səviyyədədir, onun əsərlərinə neçə dənə istinad verilib, bu şəxsin yazdığı məqalələr neçə jurnalda indeksləşib. Rəqabət mühiti buradan başlayır. Məsələn, bəzi ali təhsil müəssisələrində artıq bu fərqləndirməyə görə də onlara müəyyən maaş əlavələri verilir. Bu da elə sertifikasiya amilidir”.

Aytəkin TOFİQQIZI