00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Manşet

Valideynlərin diqqətinə: Ucuz məktəbli formaları ilə bağlı çağırış — VİDEO

Məktəblərin açılmasına sayılı günlər qalıb. Valideynlər artıq həyəcan və təlaş içində övladlarının məktəb hazırlıqlarına başlayıblar.

Marketlərdə və geyim mağazalarında müxtəlif qiymətlərə – 1, 5, 10, 20 manata və daha yüksək məbləğlərə məktəbli geyimləri almaq mümkündür.

Bəs məktəbli formalarının qiymətlərinin bu qədər fərqlənməsinin səbəbi nədir?

“Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov valideynlərə fabrik istehsalı olan məhsullara üstünlük verməyi tövsiyə edir:

“Rəsmi müəssisələrin istehsal etdiyi malları almaq lazımdır. Vağzalda, bazarda məktəb forması alan adam bilməlidir ki, orada heç bir standarta uyğun olmayan, mənşəyi bilinməyən, keyfiyyətsiz mallar satışa çıxarılır. Biz zəmanət veririk ki, satdığımız malların nə rəngində, nə də özündə heç bir dəyişiklik olmayacaq. Qiymətin ucuz olmasının səbəbi məlumdur – həmin məhsulların heç bir sertifikatı yoxdur, keyfiyyətsizdir və kilo ilə alınmış mallardır. Ona görə də ucuz satılır. Şalvar və ətəklər bizdə endirimdədir. Keçən ildən 15 manata endirmişik.

Poloların qısaqolluları 12 manat, uzunqolluları 14 manatdır. Jaketlər əvvəl 30 manat idi, sonra 25 manat oldu, indi isə 20-22 manat arasındadır”.