Avropa İttifaqının Trampla bağlı QORXUSU

Avropa İttifaqı öz iştirakı olmadan ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə birbaşa razılaşa biləcəyindən qorxur.

Musavat.com xəbər verir ki, bu barədə İspaniyanın “El País” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, respublikaçının Ağ Evə qayıtması avropalılar arasında onun Rusiya lideri ilə pakt hazırlayacağı, Ukrayna və Avropa İttifaqını arxa plana keçirəcəyi qorxusunu artırıb. Bundan əlavə, Brüsseldə Aİ-nin gələcək sazişə əməl olunmasının yeganə təminatçısına çevriləcəyi ilə bağlı narahatlıqlar artır.

Burada risk ABŞ-ın Kiyev üçün o qədər də sərfəli olmayan pakt hazırlaması, Avropanın Ukraynanın qarşıdan gələn yenidən qurulmasını maliyyələşdirməsi və sazişin təminatçısı olmasını şərtləndirməsindən ibarətdir.

“Belə bir sxem Avropanın təhlükəsizliyi üçün fəlakət olardı, biz hələ nəhəng geosiyasi məğlubiyyəti demirik”, – deyə qəzet yazıb.

  • Related Posts

    Trampın gömrük siyasəti ucbatından ABŞ 4 trilyon dollar itirdi

    ABŞ prezidenti Donald Trampın tarif siyasəti fonunda ABŞ fond bazarı ucuzlaşmaqda davam edir. Ağ Ev rəhbərinin hərəkətləri və gömrük rüsumlarını artıracağı barədə bəyanatları ABŞ iqtisadiyyatının böhrana girəcəyi ilə bağlı narahatlıqları…

    Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək

    Dünya Bankı (DB) iyunun 25-də “Xəzər dənizinin təmizlənməsi: çirklənmənin idarə edilməsi və biomüxtəlifliyin qorunması potensialının yaradılması” layihəsinin maliyyələşdirilməsini təsdiq etməyi planlaşdırır. “Report” Dünya Bankına istinadən xəbər verir ki, layihənin benefisiarları…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik