00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Müsahibə

Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı

“Bu gün dənizə tək getmək məqsədəuyğun deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla son günlər dənizdəbatma hallarının artmasının səbəblərindən danışarkən deyib.

Adil Qeybulla hesab edir ki, bu faciələrin böyük əksəriyyətinin qarşısını sadə təhlükəsizlik qaydalarına əməl etməklə almaq mümkündür.

O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, dənizə gedən şəxslər tək olmamalı və imkan daxilində sahildən uzaqlaşmamalıdırlar:

“Dənizə gedən şəxsin yanında mütləq kimsə olmalıdır. Çimərkən  sahildən uzaq məsafəyə üzmək təhlükəlidir. Dənizə getməkdə əsas məqsəd dəniz vannası qəbul etmək və istirahət etməkdir.  Dəniz üzgüçülük yarışı deyil. Buna görə də uzaq məsafələrə  üzmək və tək qalmaq ciddi risk yaradır. Dənizə gedən hər kəs bu   qaydalara əməl etməlidir”.

Professorun sözlərinə görə, boğulma hallarının əsas səbəblərindən biri insan amilidir:

“Boğulmaların əksəriyyəti insan səhvlərindən qaynaqlanır. Bununla yanaşı, obyektiv səbəblər də var. Məsələn, qəfil qıcolmalar baş verə bilər. Lakin insanlar  sahilə yaxın ərazidə çimdikdə və ya yanlarında başqa şəxslər olduqda faciələrin qarşısını almaq daha asan olur.  Dənizin dibində yarğanlar və dərin çökəkliklər olur. İnsan   həmin əraziyə düşdükdə təşvişə düşür, su udur və  boğulma təhlükəsi yaranır. Bəzən isə qıcolma səbəbindən hərəkət etmək mümkün olmur”.

Adil Qeybulla alkoqollu vəziyyətdə dənizə girməyin də ciddi təhlükə yaratdığını vurğulayıb:

“Boğulmaların səbəblərindən biri də alkoqol qəbuludur. Alkoqol  insanın vəziyyəti düzgün qiymətləndirmək və təhlükəni hiss  etmək qabiliyyətini zəiflədir”.

Professor vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl  etməyi və öz sağlamlıqlarını riskə atmamağı tövsiyə edib.