00:00 · 16.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEOTürk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEO
İqtisadiyyat

ABŞ-la İran bu gün danışıqları bərpa edəcək – Tramp deyir…

İran, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı nümayəndələri ABŞ hakimiyyətindən İrana zərbə endirmək planlarını dayandırmağı xahiş ediblər.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərə deyib: “Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İran məndən zərbələri təxirə salmağı xahiş ediblər. Bu, böyük bir hücum olardı”.

Tramp ABŞ və İranın 3 avqustda danışıqlar aparacağını açıqlayıb: “Biz onlarla dialoqda olacağıq və bu, danışıqlar formatında olacaq. Onlar sabah günortadan sonra başlayacaq. Mən bunun belə olmasını istərdim. Bu, çoxlu insanın həyatını xilas, çox qüvvələrə qənaət etməyə imkan verərdi”.
ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəliblər və indi İranın nüvə proqramı ilə bağlı razılaşma gözləyir.

Trampın sözlərinə görə, ABŞ, o cümlədən Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının İrana zərbələrdən yayınmaq xahişinə məhz bu razılaşmaya görə əməl edib: “Onların bunu istəməsinin səbəbi, razılaşma olduğuna inanmalarıdır. Hörmüz boğazı ilə bağlı razılaşma var, sonra isə nüvə proqramı və ya adlandıra biləcəyiniz kimi, İranın nüvəsizləşdirilməsi ilə bağlı razılaşma var. Mən bunu İranın nüvəsizləşdirilməsi adlandırıram”.