00:00 · 25.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğuBanka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
Cəmiyyət

Samirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”

Dünən Binəqədi rayon Məhkəməsində barəmdə xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı növbəti “məhkəmə” prosesi keçirildi. Aprelin 17-də şərəf və ləyaqətinin alçaldılması iddiası ilə barəmdə məhkəməyə şikayət edildiyi deyilən Qurbanəli Yusifov son beş ayda bir dəfə də olsun “məhkəmədə” iştirak etməyib.

Son iclasda vəkillərin işin icraata götürülməməsi ilə bağlı verdikləri vəsatətlərə və prosesual pozuntulara baxmayaraq, “hakim” işi icraata götürdü.

Bu dəfə də prosesin əvvəlində “hakim” Samir Nəsibov bizə sual verdi ki, iddiaçının öz iştirakı olmadan “məhkəmənin” keçirilməsinə etiraz etmirsiniz?

Vəkil Aqil Layic bildirdi ki, “iddiaçı kimi təqdim olunan şəxs heç bir prosesdə iştirak etməyib. O adamın sağ olub-olmaması ilə bağlı bizdə şübhə var. Bəlkə o adam fiziki olaraq bu həyatda yoxdur? Ona görə də biz məhkəmədən onun yaşadığı yerlə və ölkədən giriş-çıxışı ilə bağlı sorğu göndərməsini istəyirik. Adamın özü olmadan biz prosesin keçirilməsinə etiraz edirik”.

“Hakim” mənə də eyni sualla müraciət etdi və mən dedim ki, “keçən iclasda mənim və vəkillərimin bütün arqumentlərinə və əsaslandırmalarına baxmayaraq bu “məhkəmənin” keçirilməsinə qərar verildi. Və mən bu qənaətə gəldim ki, burada məhkəmə deyil, tamaşa qurulub, siz isə hakim kimi öz funksiyanızı yerinə yetirə bilmirsiniz. Odur ki, qərar nədirsə, artıq elan edin və heç kim boşuna vaxt itirməsin. Maraqlı amerikan filmi var – “Sincab günü”. O filmin qəhrəmanı hər səhər oyanır və hər gün hər şey eyni qaydada təkrarlanır. Biz də o filmin qəhrəmanları kimi hər dəfə gəlirik, siz eyni sualları verirsiniz, biz də eyni cavabları veririk.”

Mənim bu sözlərimdən sonra “hakim” bildirdi ki, “bura dövlətin binasıdır və burada məhkəmə keçirilir və siz də onu qəbul edirsiniz, hər proses gəlirsiniz.”

“Hakimə” cavab olaraq dedim ki, “mən böyük bir güclə qarşı-qarşıya durduğumun fərqindəyəm və onu da başa düşürəm ki, onun qarşısında gücsüzəm. Əgər mən bu proseslərə gəlməsəm, hakimiyyət onu mənə qarşı bəhanə kimi istifadə edib başqa addımlar ata bilər.”

Bu tragikomediya səhnəsindən sonra “hakim” dedi ki, “məhkəmə” iddia qaldırılan şəxsin özü olmadan davam edəcək. Bunun ardından “hakim” Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə mənə qarşı irəli sürülən ittihamı oxudu və özümü təqsirli bilib-bilmədiyimi soruşdu.

Mən də dedim ki, “mənə qarşı irəli sürülən ittihamın əsasında duran “üzəduran” sözünü boş yerə istifadə etməmişəm. Mən həyat yoldaşım Azer Gasimli barədə açılmış saxta cinayət işi üzrə keçirilən hər “məhkəmədə” iştirak etmişəm və sonra da prosesdə həyat yoldaşımın üzünə duran şəxsin bütün yalanlarını, ifadələrindəki ziddiyyətləri, onun və gətirdiyi dolayı şahidlərinin bir-birini təkzib edən ifadələrini yazmışam, bütün saxta cinayət işini və adamın həqiqətən də üzə durduğunun ifşasını yazmışam. Bütün bunlardan sonra həmin adam haqqında “üzəduran” sözünü yazmışam. Və yazdığım hər sözün arxasında dururam, özümü də təqsirli bilmirəm.”

Bunun ardından vəkil Aqil Layic vəsatət verdi ki, “üzəduran” sözünün təhqir olub-olmadığını ekspertizadan keçirmək üçün müraciət olunub. Ekspertizanın cavabını gözləmək üçün proses bir həftə təxirə salındı.