00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Maraqlı

Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar…

İnsan beyninin ən yüksək potensiala çatdığı yaşla bağlı yeni araşdırma aparılıb

Musavat.com xəbər verir ki, Avstraliya və Polşadan olan psixoloqların Intelligence jurnalında dərc olunan araşdırmasına görə, insanın intellekti, şəxsiyyət xüsusiyyətləri və emosional zəkanın birgə formalaşdırdığı kompleks psixoloji yetkinlik 55–60 yaş arasında zirvəyə çatır.

Tədqiqatçılar müxtəlif psixoloji göstəriciləri vahid indeksdə birləşdiriblər. Məlum olub ki, hər qabiliyyət fərqli yaş dövründə maksimum səviyyəyə yüksəlir. Yeni problemləri həll etməyə imkan verən düşüncə çevikliyi təxminən 20 yaşda pik həddə çatır. Toplanmış biliklər 60 yaşadək artır, emosional zəka əsasən 40 yaşlarda zirvəyə yüksəlir, maliyyə savadlılığı və mənəvi düşüncə isə 60–70 yaş arasında ən yüksək səviyyəyə çatır.

Bütün bu göstəricilər vahid indeksdə birləşdirildikdə isə ən yüksək nəticə 55–60 yaş dövrünə təsadüf edib.

Araşdırmada maraqlı bir nəticə də ortaya çıxıb. Belə ki, 85 yaşlı insanın ümumi göstəricisi 18 yaşlı gəncin nəticəsinə yaxın olsa da, bunun səbəbi tamamilə fərqlidir. Gənclərdə üstünlük düşüncə çevikliyində olduğu halda, yaşlı insanlarda müdriklik, həyat təcrübəsi və emosiyalara nəzarət ön plana çıxır.

Alimlərin qənaətinə görə, ən mürəkkəb və məsuliyyətli qərarların qəbulu üçün ideal yaş 40–65 yaş aralığı hesab olunur. Bu dövrdə insan həm kifayət qədər çevik düşüncəyə, həm də zəngin həyat təcrübəsinə malik olur.