00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Maraqlı

Almaniyada qəbiristanlıqda mərhumlarla “danışmaq” üçün “külək telefonu” quraşdırılıb

Məlumata görə, qəbiristanlıq ərazisində köhnə diskli telefon aparatının yerləşdiyi telefon köşkü qurulub. Ziyarətçilər dəstəyi qaldıraraq istədikləri nömrəni yığa bilirlər, lakin telefon heç bir rabitə şəbəkəsinə qoşulmadığı üçün real zəng etmək mümkün deyil.

Telefon köşkü qəbiristanlığın sakit hissəsində, məzarlardan bir qədər aralıda yerləşdirilib ki, insanlar yaxınlarını xatırlayarkən rahat şəkildə düşüncələrini və hisslərini ifadə edə bilsinlər.

Qəbiristanlığın rəhbəri Nils Mak NDR telekanalına müsahibəsində bildirib ki, bir çox insanlar onsuz da yaxınlarının məzarı başında onlarla söhbət edirlər.

“Mən tez-tez görürəm ki, insanlar məzarların yanında dayanaraq yaxınları ilə danışırlar. Bəziləri bunu heç bir kömək olmadan edə bilir. Amma bəzilərinə kiçik bir təkan lazımdır. Telefon da məhz bunun üçündür”, deyə o bildirib.

“Külək telefonu” ideyası ilk dəfə Yaponiyada yaranıb. 2010-cu ildə Otsuçi qəsəbəsinin sakini vəfat etmiş əmisi oğlu ilə “danışmaq” üçün öz bağında istifadədən çıxarılmış telefon köşkü quraşdırıb.

2011-ci ildə Yaponiyada baş vermiş dağıdıcı zəlzələ və sunamidən sonra isə Otsuçidəki bu telefon ölkənin müxtəlif bölgələrindən gələn insanların həlak olmuş və ya itkin düşmüş yaxınlarını xatırlamaq üçün ziyarət etdikləri simvolik məkana çevrilib.