00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Araşdırma

Avropanı bürüyən fəlakət Azərbaycana da çata bilər

Avropada müşahidə olunan rekord istilər son illərdə daha tez-tez təkrarlanır. Qlobal iqlim dəyişikliklərinin təsiri ilə bir çox ölkədə temperatur rekordları yenilənir, quraqlıq, su çatışmazlığı və ekstremal hava hadisələrinin sayı artır. Bəs iqlim dəyişikliklərinin təsirlərini hiss edən Azərbaycan artan temperatur, su ehtiyatlarının azalması və daha tez-tez baş verən ekstremal hava hadisələrinə nə dərəcədə hazırdır?

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, bu il Avropada havalar həddindən artıq isti keçir:

“Bu barədə Avropanın hava proqnozlarını hazırlayan Kopernik İqlim Mərkəzi məlumat yayıb. Son qiymətləndirmələrə görə, dünya üzrə temperatur artımı əvvəlki illərlə müqayisədə 0,55 dərəcə yüksək olacaq. Bu da onu göstərir ki, qlobal istiləşmə davam edir və orta temperaturun artımı dayanmır. Bu prosesin Azərbaycana da təsirləri qaçılmazdır. Mən düşünürəm ki, bu il əvvəlki illərlə müqayisədə daha isti keçir. Biz bunu iyun ayında, eləcə də may ayının bəzi isti günlərində aydın şəkildə hiss etdik. İqlimdə baş verən dəyişikliklər artıq geri dönməz xarakter almaqdadır. İsti hava dalğalarının sayı artır, bu isə buxarlanmanı gücləndirir, quraqlığa səbəb olur və su ehtiyatlarının azalmasına gətirib çıxarır”.

Ekoloq deyib ki, bu proses Qərbi Avropada, o cümlədən İngiltərə, Fransa və İrlandiyada da müşahidə olunur:

“İtaliya və İspaniyanın cənub bölgələrində havalar daha isti keçir. Almaniyada da bu il temperatur daha yüksəkdir. Artıq insanlar istirahət üçün mütləq cənub ölkələrinə üz tutmurlar, Almaniyanın özündə və Fransanın cənub sahillərində dincəlməyə üstünlük verirlər. Temperaturun artması davamlı xarakter daşıyır. İstiləşmənin mənfi təsirləri bəzi ölkələrdə yağıntıların artması ilə müşahidə olunur. Məsələn, Türkiyədə və müəyyən qədər Azərbaycanda bu tendensiya hiss edilir. Digər bölgələrdə isə quraqlıq daha qabarıq şəkildə özünü göstərir. Bu hal Avropanın bəzi ərazilərində, eləcə də Afrikanın şimal və cənub hissələrində müşahidə edilir. Son hesablamalara görə, Antarktida bölgəsində buzlaqların ərimə sürəti də artıb və bu proses qlobal iqlim dəyişikliklərinin əsas göstəricilərindən biri hesab olunur”, – deyə o qeyd edib.