00:00 · 25.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğuBanka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
Türk Dünyası

Azərbaycan türkü Rza Həsənzadə 2 il həbs cəzasına məhkum edilib

Azərbaycan türkü, Ucan (Bustanabad) şəhərindən olan və Kərəcdə yaşayan Rza Həsənzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Əlborz əyalətinin Mərkəzi Həbsxanasında (Qızılhisar) cəzasını çəkir.

Məsələ ilə bağlı məlumatlı mənbə insan haqları təşkilatlarına bildirib ki, Kərəc İnqilab Məhkəməsinin hakimi tərəfindən çıxarılan və Mərkəzi Həbsxanada Rza Həsənzadəyə təqdim edilən hökmə əsasən, o, “sistem əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbənin sözlərinə görə, Rza Həsənzadə istintaq, dindirilmə və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs kimi malik olduğu hüquqlardan məhrum edilib. Belə ki, saxlanıldığı vaxt İran Cinayət Prosessual Məcəlləsinin 48-ci maddəsinin qeydinin tətbiqi nəticəsində o, öz seçdiyi vəkilin xidmətindən istifadə etmək hüququndan məhrum olub.

28 yaşlı azərbaycanlı fəal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 2025-ci ilin iyul ayında Kərəc şəhərində saxlanılıb. Mobil telefonu müsadirə edildikdən sonra Əlborz əyalətindəki təhlükəsizlik qurumlarından birinin saxlanma məntəqəsinə aparılıb. Dindirilmə və ittihamın elan edilməsi prosedurlarından sonra isə Kərəcin Mərkəzi Həbsxanasına köçürülüb.