00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Müsahibə

Azərbaycan Ermənistandan təzminat tələb edə bilər – deputat

“Torpaqlarımızın işğal altında olduğu 30 il ərzində müxtəlif Avropa qurumlarından Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ikili standartlara şahidlik etdik. Eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə fərqli yanaşma gördük. Bu, hələ də davam edir”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. Deputatın sözlərinə görə, Azərbaycan, təkcə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyib, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərini, həmçinin, BMT-nin 4 qətnaməsini, Azərbaycan ərazilərinin işğal edildiyi faktını təsdiq edən qərarları da faktiki olaraq, yerinə yetirib:
“Separatçılığa və terrorçuluğa qarşı mübarizənin Azərbaycan nümunəsi yaradılıb. “DQR”-in müstəqil subyekt kimi təqdim edilməsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Biz bir çox halda humanizm və gələcəkdə bölgədə dayanıqlı sülhə nail olunması istəyindən irəli gələrək bir çox məsələni arxa plana keçirmişik. Hesab edirəm ki, davamlı olaraq, ermənilərin işğal etdikləri ərazilərimizdə törətdikləri vəhşiliklər və cinayətlərlə bağlı məsələləri ən azı tanış olmaları üçün beynəlxalq qurumlara xatırlatmalıyıq”.

Deputat vurğulayıb ki, Azərbaycan Ermənistana qarşı təzminat məsələsini hələ də qaldırmayıb: “İşğal dövründə Azərbaycana 100 milyardla zərər verilib. Ermənistanın işğalı altında olduğu dövrdə Qarabağın demək olar ki, bütün infrastrukturu yerlə-yeksan edilib, tarixi, dini, mədəni abidələr məhv edilib. Bütün bunlarla bağlı təzminat tələb oluna bilər. Ermənistana rəhbərlik etmiş prezidentlərin, Xocalı soyqırımı, insanlıq əleyhinə törətdikləri cinayətlərdə iştirakı olan ermənilərin etirafları var. Müvafiq qurumlara cinayətlərlə bağlı müraciətlər edilməlidir. Bu, əlimizdə təzyiq aləti olmalıdır. Avropa qurumları fərqində olmalıdırlar ki, Azərbaycan öz ərazisində separatçılığa və terrorçuluğa qalib gəlib. Avropa qurumlarının qərəzli yanaşmalarına sərt reaksiyalar verilməlidir. Azərbaycan suveren dövlətdir, regionun lider dövlətidir. Bizim amalımız regionda sabitlik, sülh yaratmaqdır”.

Nigar Həsənli