00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Gündəm

Azərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildi

Parisdə Bakıdakı həbsxanada cəza çəkən erməni separatçılarına həsr edilmiş sərginin rəsmi açılış mərasimi ləğv olunub.

Musavat.com xəbər verir ki, Paris meriyası şəhər meriyasının qarşısında keçirilməsi nəzərdə tutulan təntənəli açılış mərasimindən imtina edib.

Məlumata görə, sərginin özü artıq bir neçə gündür nümayiş etdirilir. Lakin təşkilatçıların açıqlamasına əsasən, ekspozisiyanın rəsmi açılış hissəsinin keçirilməməsi qərara alınıb.

Bundan əvvəl Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva sərginin təşkil olunması ilə əlaqədar Paris meriyasına etiraz məktubu göndərmişdi.

Səfir Azərbaycan tərəfinin mövqeyini Paris rəhbərliyinin diqqətinə çatdıraraq tədbirin keçirilməsinə etirazını bildirmişdi.

WhatsApp Image 2026-09-02 at 19.26.02.jpeg (99 KB)