00:00 · 16.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEOTürk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEO
Təhsil

Bakı Qızlar Universiteti BAĞLANDI – Köçürüləcək tələbələr daha çox təhsil haqqı ödəyəcək?

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılmasından sonra tələbələrin hansı ali təhsil müəssisələrinə köçürüləcəyi ilə yanaşı, onları ən çox düşündürən məsələlərdən biri də təhsil haqqıdır.

Köçürüləcəkləri universitetdə təhsil haqqı daha yüksək olarsa, tələbələr əlavə ödəniş edəcəklərmi, yoxsa əvvəlki məbləğ saxlanılacaq?

Bizim.Media-ya danışan təhsil eksperti Əmrah Həsənlinin sözlərinə görə, təhsil hüququ və sosial ədalət baxımından tələbənin öncəki universitetinə ödədiyi məbləğ saxlanmalıdır:

“Beynəlxalq və yerli təcrübəyə, eləcə də bu kimi hallarda tətbiq olunan yanaşmalara nəzər salsaq görərik ki, təhsil müəssisəsinin fəaliyyətinə dövlət tərəfindən xitam verildikdə tələbə öz iradəsindən kənar bir vəziyyətlə üzləşir. Yəni tələbə öz istəyi ilə universitetini və ya ixtisasını dəyişmir, ali təhsil müəssisəsi fəaliyyətini dayandırdığı üçün köçürülür.

Bu baxımdan tələbələrin əvvəlki universitetlə bağladıqları müqavilənin şərtlərinin və ödədikləri illik təhsil haqqının saxlanılması həm mümkündür, həm də tətbiq edilməlidir”.

Ə.Həsənli hesab edir ki, tələbə təhsil haqqı daha yüksək olan universitetə köçürülürsə, aradakı məbləğ fərqinin ondan tələb olunması qətiyyən ədalətli olmaz:

“Tələbə vaxtilə öz büdcəsinə və sosial imkanlarına uyğun təhsil haqqı olan bir ali təhsil müəssisəsini seçib. İndi isə universitetin idarəetmə problemlərinə görə onu daha bahalı ali məktəbə köçürərək üzərinə əlavə maliyyə yükü qoymaq faktiki olaraq tələbəni cəzalandırmaq deməkdir.

Bu prosesdə tələbələrin maddi maraqlarını qorumaq üçün ən uyğun mexanizm keçid dövründə təhsil haqqının sabit saxlanılmasıdır. Yəni tələbə köçürüldüyü universitetdə təhsilini başa vurana qədər əvvəlki universitetlə bağladığı müqavilədə nəzərdə tutulan təhsil haqqını ödəməyə davam etməlidir”.

Ekspertin fikrincə, yaranan qiymət fərqi isə ya qəbul edən universitet tərəfindən sosial məsuliyyət çərçivəsində subsidiyalaşdırılmalı, ya da dövlətin tətbiq edəcəyi mexanizmlərlə kompensasiya olunmalıdır.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin mütəxəssisi Səma Əliyeva sorğumuza cavab olaraq bildirib ki, mövzu ilə bağlı hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.