00:00 · 26.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğuBanka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
İdman

“Barselona”nın oyunu rəqibinin futbolçu çatışmazlığı səbəbindən ləğv edilib

İspaniyanın “Barselona” futbol klubuİngiltərədə keçirdiyi mövsümöncəsi hazırlıq toplanışından planlaşdırıldığından daha tez qayıdacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Sport.es və “Marca” nəşrləri məlumat yayıb.

Qeyd olunub ki, “Barselona”nın İngiltərədə avqustun 3-nə planlaşdırılan “Preston”la yoldaşlıq görüşü baş tutmayacaq.

İngiltərə klubu zədələr və digər səbəblərdən əsas heyətdən kifayət qədər futbolçu toplaya bilməyib.

“Preston” oyunun gənclər komandasının futbolçularının iştirakı ilə keçirilməsini təklif edib, lakin “Barselona” bu variantla razılaşmayıb. Nəticədə kataloniyalılar məşq keçəcək və planlaşdırılandan daha tez İspaniyaya qayıdacaqlar.

Qeyd edək ki, “Barselona” artıq Birmingemdə yerli “Birmingem Siti” ilə yoldaşlıq görüşü keçirib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.