00:00 · 08.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEOSmartfonlar bahalaşacaq — Diqqət!Azərbaycanın hava gücündə yeni mərhələ – Türkiyə kritik sistemi Bakıya verdi“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEOSmartfonlar bahalaşacaq — Diqqət!Azərbaycanın hava gücündə yeni mərhələ – Türkiyə kritik sistemi Bakıya verdi
Ölkə

Başkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…

Azərbaycanın müstəqillik tarixində elə hərbi əməliyyatlar var ki, onların əhəmiyyəti təkcə qazanılan qələbə ilə məhdudlaşmır. Belə əməliyyatlardan biri də 1992-ci ilin avqustunda həyata keçirilən və bu il 34-cü ildönümü tamam olan Başkənd əməliyyatıdır. Birinci Qarabağ müharibəsinin ən ağır günlərində həyata keçirilən bu uğurlu hərbi əməliyyat Azərbaycanın qərb bölgəsini böyük təhlükədən xilas etdi, Ermənistanın strateji planlarını puça çıxardı və gənc Azərbaycan Ordusunun, eləcə də, Gədəbəy və ətraf rayonlardan formalaşdırılmış könüllülər batalyonlarının nəyə qadir olduğunu nümayiş etdirdi.

Başkənd necə Ermənistana verilmişdi?

Başkənd Azərbaycanın Gədəbəy rayonu ərazisində yerləşən qədim yaşayış məntəqəsidir. Tarixi mənbələrə görə, XIX əsrin ortalarından etibarən burada erməni ailələrinin məskunlaşdırılması prosesi başlayıb. Sovet hakimiyyətinin ilk illərində, yəni ötən əsrin 20-ci illərində inzibati sərhədlərin dəyişdirilməsi nəticəsində Başkənd Ermənistan SSR-in tərkibinə daxil edilib və Azərbaycan ərazisinin daxilində Ermənistan eksklavına çevrilib. Sonradan Ermənistan bu yaşayış məntəqəsinin adını “Artsvaşen” kimi rəsmiləşdirib. Bu qərar gələcəkdə ciddi təhlükəsizlik problemləri yaratdı. Azərbaycan ərazisinin dərinliyində yerləşən bu ərazi illər keçdikcə təkcə inzibati problem deyil, həm də hərbi baxımdan həssas nöqtəyə çevrildi.

Niyə Başkənd bu qədər strateji idi?

Başkəndin yerləşdiyi coğrafiya onun ən böyük üstünlüyü idi. Kənd yüksək dağlıq ərazidə yerləşdiyindən buradan Gədəbəy rayonunun Şınıx bölgəsinə, eləcə də Tovuz istiqamətində bir sıra yaşayış məntəqələrinə nəzarət etmək mümkün idi. Hündürlüklər düşmənə həm müşahidə, həm də atəş üstünlüyü verirdi. Birinci Qarabağ müharibəsinin başlanmasından sonra Ermənistan silahlı qüvvələri Başkəndi möhkəm istehkama çevirmişdi. Buradan Azərbaycan kəndləri mütəmadi atəşə tutulur, yollar təhlükə altında saxlanılır, mülki əhaliyə qarşı hücumlar həyata keçirilirdi. 1991-ci il yanvarın 31-də Başkənddən çıxan silahlı dəstələrin Mutudərə yaxınlığında altı azərbaycanlını qətlə yetirməsi bölgədə vəziyyəti daha da gərginləşdirmişdi. Bir sözlə Başkənd düşmənin əlində qaldığı müddətdə Gədəbəy rayonunun təhlükəsizliyini tam təmin etmək mümkün deyildi.

Döyüşlər necə başladı?

1992-ci ilin avqustunun əvvəlində Ermənistan qüvvələri Gədəbəy istiqamətində hücumlarını genişləndirdi. Məqsəd Şınıx bölgəsini nəzarətə götürmək və Başkəndlə Ermənistan arasında əlaqə yaratmaq idi. Avqustun 5-də Mutudərə istiqamətində şiddətli döyüşlər başladı. İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi qəbul etdi. Döyüşçülər sonadək müqavimət göstərərək əsas qüvvələrin əks-hücuma hazırlaşmasına vaxt qazandırdılar. Azərbaycan Ordusu vəziyyəti qiymətləndirərək əks-hücum qərarı verdi.

af75f491-b640-4b66-a6d6-8ab290e968d7.jpeg (388 KB)

1992-ci il avqustun 6-8-də Azərbaycan ordusunun həyata keçirdiyi və tarixə “Başkənd əməliyyatı” kimi düşən əməliyyat məhz bu tarixlərdə baş tutdu. Əməliyyatın məqsədi təkcə Başkəndi ələ keçirmək deyil, həm də Gədəbəy istiqamətində Ermənistanın hücum planlarını birdəfəlik iflasa uğratmaq idi. Dağlıq relyef, möhkəmləndirilmiş müdafiə mövqeləri və intensiv müqavimətə baxmayaraq, Azərbaycan bölmələri plan üzrə irəlilədi. Avqustun 8-də Başkənd üzərində tam nəzarət təmin edildi. Qarşı tərəf canlı qüvvə və texnika baxımından ciddi itkilər verdi, sonrakı əks-hücum cəhdləri isə nəticəsiz qaldı. Qərb bölgəsinin taleyini dəyişən Başkənd əməliyyatı təkcə bir kəndin azad olunması deyildi. Bu qələbə nəticəsində Gədəbəy rayonunun işğalı təhlükəsi aradan qaldırıldı, Şınıx bölgəsi və ətraf kəndlərin təhlükəsizliyi əhəmiyyətli dərəcədə möhkəmləndi, qərb istiqamətində müdafiə xətti gücləndirildi. Bu əməliyyat müstəqil Azərbaycanın ilk uğurlu planlaşdırılmış hərbi əməliyyatlarından biri kimi qəbul olunur.

Qeyd edək ki, Başkənd məsələsi bu gün də gündəmdədir. Son illərdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələr zamanı Başkənd məsələsi də zaman-zaman gündəmə gəlir. Amma bu məsələdə Qalib Azərbaycan lideri İlham Əliyevin qətiyyətli mövqeyinə bütün dünya şahidlik edir.

Yekun olaraq diqqətə çatdıraq ki, artıq Başkənd əməliyyatından 34 il keçir. Bu müddət ərzində regionun siyasi xəritəsi, hərbi balansı və geosiyasi reallıqları ciddi şəkildə dəyişsə də, həmin əməliyyat Azərbaycan hərb tarixində öz xüsusi yerini qoruyub saxlayır.

1992-ci ilin avqustunda qazanılan bu qələbə göstərdi ki, düzgün planlaşdırılmış əməliyyat, peşəkar komandanlıq və yüksək döyüş ruhu ən mürəkkəb şəraitdə belə nəticə verə bilər. Başkənd əməliyyatı bu gün də Azərbaycanın hərbi salnaməsində strateji düşüncənin, əsgər fədakarlığının və dövlətin ərazi bütövlüyünün müdafiəsi uğrunda aparılan mübarizənin mühüm simvollarından biri kimi xatırlanır.

Cavanşir Abbaslı, musavat.com