00:00 · 28.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsraildə seçkinin ilkin nəticəsi – Netanyahu uduzurMoskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…15 km-lik yeraltı əməliyyat – Zelenski rus ordusuna vurulan dəhşətli zərbəni açıqladı! – FOTORamiz Mehdiyevin müsadirə edilən əmlakları – SiyahıWhatsApp hesabları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİSeparatçılarla revanşistlər bir araya gəldi: “İşçi platforması” yaradırlarMaşında əlinizdəki telefonu kamera çəkə bilər – Cəriməsi 50 manatdırAqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş – İcazə verin, şübhələnək…“Çıraq palace” haqda İLGİNC İDDİALARAlmaniya adamı dəyişdirir. 74 yaşlı mühacirin etirafıPrezident Mirsaleh Seyidovu vəzifədən azad etdiUkraynada qış kabusu: Azərbaycan Kiyevin enerji cəbhəsinə qoşulduİsraildə seçkinin ilkin nəticəsi – Netanyahu uduzurMoskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…15 km-lik yeraltı əməliyyat – Zelenski rus ordusuna vurulan dəhşətli zərbəni açıqladı! – FOTORamiz Mehdiyevin müsadirə edilən əmlakları – SiyahıWhatsApp hesabları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİSeparatçılarla revanşistlər bir araya gəldi: “İşçi platforması” yaradırlarMaşında əlinizdəki telefonu kamera çəkə bilər – Cəriməsi 50 manatdırAqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş – İcazə verin, şübhələnək…“Çıraq palace” haqda İLGİNC İDDİALARAlmaniya adamı dəyişdirir. 74 yaşlı mühacirin etirafıPrezident Mirsaleh Seyidovu vəzifədən azad etdiUkraynada qış kabusu: Azərbaycan Kiyevin enerji cəbhəsinə qoşuldu
Araşdırma

ChatGPT ilə çox danışanların başına bu gəlir – Xəbərdarlıq

Son illərdə insanlar məlumat axtarmaqla yanaşı, dərdlərini danışmaq, məsləhət almaq və hətta sadəcə söhbət etmək üçün də süni intellektə müraciət edirlər. Qarşı tərəfin yorulmaması, mühakimə etməməsi və istənilən vaxt cavab verməsi “ChatGPT”ni bir çoxları üçün real insandan daha rahat ünsiyyət vasitəsinə çevirir.

Son araşdırmalar bu rahatlığın başqa tərəfinin də ola biləcəyini göstərir. Bəzi hallarda insan “ChatGPT” ilə danışmağa üstünlük verdikcə real insanlarla ünsiyyəti azaldır. 2025-ci ildə aparılan araşdırmada “ChatGPT”dən daha çox istifadə edən bəzi iştirakçılarda tənhalıq və sosial əlaqələrin azalması ilə bağlı göstəricilər müşahidə edilib. Tədqiqatçılar isə bunun birbaşa “ChatGPT tənhalığa səbəb olur” anlamına gəlmədiyini vurğulayıblar. Çünki tənhalıq yaşayan insanlar da başlanğıcda AI-yə daha çox müraciət edə bilər.

Burada maraqlı bir dövrə yarana bilər: insan özünü tənha hiss edir, “ChatGPT” ilə danışır, bu ünsiyyət ona daha rahat gəlir və nəticədə real insanlarla əlaqə qurmağa daha az ehtiyac duyur.

“ChatGPT” ilə danışmaq asandır. İnsanla danışmaq isə zəhmət tələb edir. Dostunuz sizin fikrinizlə razılaşmaya bilər, sizi səhv başa düşə bilər və ya həmin an danışmaq istəməyə bilər. “ChatGPT” isə saniyələr ərzində cavab verir və söhbəti istifadəçinin istədiyi istiqamətdə davam etdirir.

Məhz bu səbəbdən insan zamanla real münasibətləri daha yorucu hesab edir. Psixoloqların diqqət çəkdiyi risk də budur: süni intellekt real münasibətləri əvəz etdikcə insanın sosial əlaqələri zəifləyir.

Digər tərəfdən, Aİ-dən istifadə tamamilə mənfi deyil. İnsan fikirlərini toplamaq, yeni mövzular öyrənmək və hətta real söhbətə hazırlaşmaq üçün “ChatGPT”dən yararlana bilər. Əsas məsələ onun insan münasibətlərinin yerini tutmamasıdır. Çünki ChatGPT sizi dinləyə, məsləhət verə və cavab yaza bilər. Amma dostunuzla birlikdə gülmək, ailənizlə vaxt keçirmək, mübahisə etmək, barışmaq və real həyatı paylaşmaq kimi münasibətləri hələ də əvəz edə bilmir. Bəlkə də gələcəyin əsas sualı süni intellektin insan kimi düşünüb-düşünməyəcəyi deyil.

İnsanların süni intellektlə danışmağı insanlarla danışmaqdan üstün tutub-tutmayacağıdır./yenisabah/