00:00 · 25.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğuBanka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
Mədəniyyət

Əfsanəvi Olimp dağı UNESCO-nun Ümumdünya İrsi siyahısına salına bilər

Kulis.az xəbər verir ki, bu barədə Yunanıstanın Milli Ətraf Mühit və Davamlı İnkişaf Mərkəzinin (NECCA) rəsmi saytında məlumat yayımlanıb.

Xüsusi dosye hazırlanır

Layihə yunan və ingilis dillərində xüsusi namizədlik dosyesinin hazırlanmasını nəzərdə tutur. Sənəd “Ümumdünya İrsi haqqında Konvensiyanın tətbiqi üzrə Rəhbər prinsiplər”ə tam uyğun olaraq tərtib ediləcək.

Dosyeyə həmçinin Olimpin unikal təbii və mədəni dəyərinin qorunması üzrə tədbir və fəaliyyətləri müəyyən edən ərazinin idarə edilməsi planı da daxil ediləcək. Dağın Ümumdünya İrsi siyahısına daxil edilməsi ilə bağlı yekun qərarı UNESCO-nun hökumətlərarası komitəsi qəbul edəcək.

Tanrıların məskəni və Yunanıstanın zirvəsi

Qeyd edək ki, Olimp dağı Fessaliya və Makedoniya sərhədində yerləşir. Hündürlüyü 2917 metrə çatan bu dağ Yunanıstanın ən yüksək zirvəsi sayılır.

Olimp təkcə coğrafi deyil, həm də böyük tarixi və mədəni əhəmiyyətə malikdir. Belə ki, qədim yunan mifologiyasına görə, bu dağ İldırım tanrısı Zevs başda olmaqla qüdrətli Olimpiya tanrılarının əbədi məskəni hesab edilirdi. Dağ 1938-ci ildən milli park, 1981-ci ildən isə UNESCO-nun qoruq statusuna malikdir.