00:00 · 12.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEOTürk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEO
Müsahibə

“Əgər sistemdə “üç nəfər gətir, komanda qur” kimi tələblər varsa…”

Qısa müddətdə yüksək qazanc, 100 faiz keşbek və sadəcə reklam izləməklə gəlir əldə etmək vədləri ilə minlərlə insanın diqqətini çəkən “Any Unboxing” şirkətinin fəaliyyətini dayandırması yüzlərlə vətəndaşı zərərçəkənə çevirib. İnsanların minlərlə manat vəsait itirməsi bu cür platformaların etibarlılığı ilə bağlı ciddi suallar yaradıb. Bəs bu tip sistemlərlə işləyən şirkətlərə qoşulmazdan əvvəl hansı məqamlara diqqət yetirmək lazımdır?

Mövzu ilə bağlı İT mütəxəssisi Natiq Məmişov Demokrat.az-a bildirib ki, ilk növbədə diqqət edilməli məsələ gəlirin haradan formalaşmasıdır:

“Şirkət real məhsul və ya xidmət satırmı, yoxsa əsas gəlir yeni üzvlərin gətirdiyi pullardanmı əldə olunur? Çünki hazırda mövcud olan bir çox piramida sistemlərində əsas qazanc real fəaliyyətdən deyil, yeni iştirakçıların yatırdığı vəsaitdən formalaşır. Bu isə real biznes modeli hesab edilmir.

Digər vacib məsələ pulun çıxarılmasıdır. Kiçik məbləğləri, məsələn, 5-10 manatı çıxarmağa icazə verirlərsə, böyük məbləğləri də problemsiz çıxarmaq mümkündürmü? Çıxarış zamanı hansı çətinliklərin yarana biləcəyi əvvəlcədən araşdırılmalıdır. Çünki bank sistemində hesabınızdakı vəsaiti çıxarmaq üçün aydın qaydalar mövcuddur. Belə platformalarda isə eyni şəffaflığın olub-olmadığı sual doğurur”.

Ekspert deyib ki, bu cür sistemlərdə digər əsas məqam insanların yüksək qazanc istəyindən istifadə edilməsidir:

“Adətən hər ay 20 faiz gəlir, risksiz qazanc, pulun qısa müddətdə ikiqat və ya daha çox artacağı kimi vədlər verilir. Amma qanuni investisiya sistemlərində belə gəlirə zəmanət verilmir. Risk olmadan yüksək qazanc vədi real görünmür.

Digər diqqət edilməli məqam yeni üzvlərin cəlb edilməsidir. Əgər sistemdə “üç nəfər gətir, komanda qur” kimi tələblər varsa və qazanc əsasən yeni insanların qoşulmasından asılıdırsa, bu, piramida modelinin əlaməti ola bilər.

Şirkətin şəffaflığı da mütləq yoxlanılmalıdır. Rəsmi qeydiyyatı varmı, rəhbərliyi məlumdursa, fiziki ofisi varmı, maliyyə fəaliyyəti ilə bağlı məlumatlar açıqdırmı? Şirkətin real ünvanının, məsul şəxslərinin və fəaliyyət mexanizminin aydın olması vacibdir. Lisenziya məsələsi də önəmlidir. Əgər şirkət maliyyə fəaliyyəti göstərirsə, müvafiq qurumlar tərəfindən icazəsinin və ya lisenziyasının olub-olmadığı araşdırılmalıdır. Sadəcə “beynəlxalq şirkətik” və ya “xaricdə qeydiyyatdan keçmişik” demək etibarlılıq göstəricisi deyil.

Marketinq üsuluna da diqqət etmək lazımdır. Əgər təqdimatın əsas hissəsi bahalı avtomobillər, lüks həyat tərzi və “mən qazandım, sən də qazan” kimi emosional çağırışlardan ibarətdirsə, bu, biznes modelinin izahı deyil. Real şirkət öz fəaliyyətini məhsul, xidmət və gəlir mənbəyi üzərindən təqdim etməlidir.

Əsas sual budur ki, şirkət əslində necə pul qazanır? Əgər uzun təqdimatdan sonra belə bu sualın cavabı aydın deyilsə, həmin layihəyə ehtiyatla yanaşmaq lazımdır.

Ümumilikdə, hər hansı sistemə qoşulmazdan əvvəl bir neçə əsas məqama baxmaq lazımdır. Real məhsul və ya xidmət varmı, gəlir haradan gəlir, şirkətin hüquqi statusu və lisenziyası varmı, rəhbərlik və fəaliyyət ünvanı şəffafdırmı? Əgər qazanc yalnız yeni insanların gətirilməsi ilə mümkündürsə və yüksək gəlir zəmanəti verilirsə, bu, ciddi risk göstəricisidir”, – deyə o qeyd edib.