00:00 · 01.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Paşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldıQar və şaxta xəbərdarlığı – qarşıdakı qış necə keçəcək?Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandıÜzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatdı – FotolarHacıqabulda yarım milyonluq təmir – Qalib şirkət kimindir?Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikasıErmənistanda Qərbi Azərbaycan isteriyası Alimlər narın ürəyə təsirini araşdırdı: maraqlı nəticəErmənistan yeni qoşun növü yaradır“Baku Electronics”in sığorta təklifinə aldanmayın – ŞikayətMüasir insanın bu 7 vərdişi onu xəstə edirTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Paşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldıQar və şaxta xəbərdarlığı – qarşıdakı qış necə keçəcək?Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandıÜzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatdı – FotolarHacıqabulda yarım milyonluq təmir – Qalib şirkət kimindir?Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikasıErmənistanda Qərbi Azərbaycan isteriyası Alimlər narın ürəyə təsirini araşdırdı: maraqlı nəticəErmənistan yeni qoşun növü yaradır“Baku Electronics”in sığorta təklifinə aldanmayın – ŞikayətMüasir insanın bu 7 vərdişi onu xəstə edirTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…
Mövqe

Ermənistanda Qərbi Azərbaycan isteriyası 

Azərbaycanda Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq platformalara çıxarılması Ermənistanda yenidən təşviş doğurub. Erməni siyasi şərhçi Akop Badalyan azərbaycanlıların öz tarixi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli qayıdışı məsələsindən olduqca uzağa gedən nəticələr çıxararaq, Bakının guya Ermənistanı özündən “strateji asılı vəziyyətə salmaq” planının olduğunu iddia edib.

Musavat.com xəbər verir ki, Badalyanın narahatlığına səbəb Azərbaycanın Qərbi Azərbaycan məsələsini artıq beynəlxalq müstəvidə, o cümlədən BMT platformasında gündəmə gətirməsidir.

Erməni şərhçi bildirib ki, məsələ BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində də qaldırılıb. Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri çıxışında bu məsələyə toxunub. Eyni zamanda Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilən konfransda BMT-nin xüsusi məruzəçilərinə müraciət qəbul edilib.

Müraciətdə azərbaycanlıların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdışı üçün şərait yaradılmasına yardım göstərilməsi, həmçinin Ermənistan ərazisində Azərbaycan mədəni irsinin qorunması çağırışı yer alıb.

Məhz bundan sonra Badalyan məsələyə kifayət qədər geniş geosiyasi məna verməyə başlayıb. O, Azərbaycanın Qərbi Azərbaycan mövzusunu beynəlxalq səviyyədə ardıcıl şəkildə irəli apardığını bildirib və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə diqqət çəkib.

Badalyanın iddiasına görə, Azərbaycanda Ermənistan ərazisindəki alban mədəni və dini irsinin araşdırılması və qorunması istiqamətində görülən işlər də daha böyük strategiyanın tərkib hissəsidir.

Badalyan daha da irəli gedərək Bakının Ermənistana qarşı tələbləri yalnız hərbi-siyasi və hüquqi deyil, demoqrafik, dini və mədəni müstəvilərdə də irəli sürdüyünü iddia edib.

Onun ən diqqətçəkən iddiası isə Azərbaycanın son məqsədinin Ermənistanı Bakının “strateji asılılığında olan obyektə” çevirmək olduğu barədə fikridir.

Badalyana görə, bu “strategiyanın” elementlərindən biri yüz minlərlə azərbaycanlının Ermənistana qayıtmasıdır. O iddia edir ki, Bakı hazırda belə bir qayıdış üçün beynəlxalq və hüquqi baza formalaşdırmağa çalışır.

“Azərbaycan indi bu məsələ ilə bağlı Ermənistanı hüquqi blokadaya almaqla məşğuldur”, – deyə Badalyan bildirib.

Erməni şərhçi Azərbaycanın Qərbi Azərbaycan məsələsindəki fəaliyyətini Qarabağ məsələsi ilə də müqayisə edib. Onun iddiasına görə, Bakı vaxtilə Qarabağ məsələsində atdığı addımlar üçün beynəlxalq legitimlik formalaşdırmağa çalışdığı kimi, indi də Qərbi Azərbaycana qayıdış məsələsini beynəlxalq hüquqi müstəviyə çıxarır.

Badalyan bu kontekstdə Prezident İlham Əliyevin azərbaycanlıların Ermənistana “tanklarla deyil, avtomobillərlə” qayıdacağı barədə bəyanatını da xatırladıb. Şərhçi hesab edir ki, Azərbaycanın dövlət, ictimai və elmi strukturlarının Qərbi Azərbaycan məsələsini beynəlxalq səviyyədə gündəmdə saxlaması uzunmüddətli strategiyanın göstəricisidir.

O, Naxçıvanda Qərbi Azərbaycan mövzusuna həsr olunmuş festivalı da buna nümunə göstərib. Badalyanın fikrincə, Azərbaycan rəsmilərinin Qərbi Azərbaycan məsələsini gələcək nəsillərin yetişdirilməsi baxımından da strateji prioritet adlandırması İrəvanda ciddi qəbul edilməlidir.

“Bu, sadəcə qalib tərəfin şıltaqlığı və ya İrəvanın təqdim etməyə çalışdığı kimi, Ermənistanın Qarabağla bağlı bəyanatlarına güzgüvari cavab deyil. Bu, strateji və dərin məqsəddir”, – deyə Badalyan bildirib.

Erməni şərhçinin fikrincə, azərbaycanlıların Ermənistana qayıdışı bu siyasətin uzunmüddətli alətlərindən birinə çevriləcək, insanların fiziki qayıdışı isə zəruri beynəlxalq-hüquqi zəmin yaradıldıqdan sonra son mərhələ ola bilər.

Maraqlıdır ki, Badalyan bütün bu iddialar fonunda Ermənistan hakimiyyətini də tənqid edib. Onun fikrincə, rəsmi İrəvan Azərbaycanın irəli sürdüyü məsələlərin hüquqi əsaslarını mübahisələndirmək əvəzinə, Ermənistanın Bakının yanaşmalarına necə uyğunlaşacağını müzakirə edir.