00:00 · 27.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Ukraynada qış kabusu: Azərbaycan Kiyevin enerji cəbhəsinə qoşuldu“Qalatasaray” derbidə “Fənərbaxça”nı məğlub etdi – Osimhen dubl etdiErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötürDört gün boyunca gastronomi, kültür ve kardeşlik !Zelenski hərbi vəziyyətin müddətini 21-ci dəfə uzatdıƏrdoğan bəyanat verdi: “Oktyabrın 30-da…”Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildiBu ölümcül virus Azərbaycanda da yayıla bilər – Həkimdən SOSMüsavat Divanının gündəliyiAzərbaycan Tədris Akademiyası 15 illik yubileyini yeni layihələrlə qeyd edirNizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdirİnfarkt zamanı nə etməli? – Professor vacib məqamları açıqladıUkraynada qış kabusu: Azərbaycan Kiyevin enerji cəbhəsinə qoşuldu“Qalatasaray” derbidə “Fənərbaxça”nı məğlub etdi – Osimhen dubl etdiErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötürDört gün boyunca gastronomi, kültür ve kardeşlik !Zelenski hərbi vəziyyətin müddətini 21-ci dəfə uzatdıƏrdoğan bəyanat verdi: “Oktyabrın 30-da…”Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildiBu ölümcül virus Azərbaycanda da yayıla bilər – Həkimdən SOSMüsavat Divanının gündəliyiAzərbaycan Tədris Akademiyası 15 illik yubileyini yeni layihələrlə qeyd edirNizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdirİnfarkt zamanı nə etməli? – Professor vacib məqamları açıqladı
Ölkə

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür.

Musavat.com xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin “Smerç” raketləri ilə atəşə tutulması nəticəsində dinc sakinlər; Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.