“Suriyadakı Rusiya hərbi bazaları ilə bağlı vəziyyət zamanla uyğun şəkildə həll olunacaq”.
Uluyol.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Şark” telekanalına açıqlamasında deyib.
O qeyd edib ki, Türkiyə tərəfi Suriya xalqı və Suriyanın yeni hökuməti adından cavab verə bilməz.
“Cənab Əhməd əl-Şaraa (yeni Suriya hökumətinin başçısı) Dəməşqdə bu bazaların vəziyyəti ilə bağlı sual verildi və o, belə cavab verdi. “Düzünü desəm, düşünürəm ki, zaman keçdikcə bu vəziyyət lazımi qaydada öz həllini tapacaq” “, – deyə Hakan Fidan cavab verib.