00:00 · 26.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğuBanka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
Cəmiyyət

Hansı hallarda xəbərdarlıq etmədən işdən çıxmaq olar?

İşdən çıxçmaq istəyən şəxslərin qarşılaşdığı ən geniş yayılmış məsələlərdən biri də “bir ay işləməlisən” tələbi ilə bağlıdır. Bir çox işəgötürən bunu məcburi qayda kimi təqdim etsə də, qanunvericilik bütün hallarda belə öhdəlik nəzərdə tutmur. Bəs işçi hansı hallarda xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam verə bilər?

Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, işdən ayrılmaq istəyən şəxslərə tez-tez “bir ay işləməlisən” deyilsə də, bu tələb bütün hallarda qanuni hesab olunmur:

“Əmək qanunvericiliyi işçinin əmək müqaviləsinə hansı şərtlərlə xitam verə biləcəyini aydın şəkildə müəyyənləşdirir.

Bəzi işəgötürənlər işçini bir ay işləməyə məcbur etmək üçün qanunu yanlış izah edir və onu intizam pozuntusu ilə işdən çıxarmaqla hədələyirlər.

İşçiyə əvvəlcədən bir ay xəbərdarlıq etmədiyi bildirilir və əks halda əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv ediləcəyi deyilir. Həmin bənd işçinin əmək funksiyalarını və ya əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi hallarında tətbiq olunur”.

Vəkil deyib ki, Əmək Məcəlləsinin 69.3-cü maddəsi işçiyə bəzi hallarda bir aylıq xəbərdarlıq müddətini gözləmədən əmək münasibətlərinə son qoymaq hüququ verir:

“Belə ki, şəxs yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsil müəssisəsinə qəbul olunduqda, yaşayış yerini dəyişdikdə, başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq barədə razılıq əldə etdikdə, eləcə də seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi tarixdən əmək müqaviləsinə xitam verə bilər.

Bu hallarda işçinin əvvəlcədən xəbərdarlıq etmədən işdən ayrılması qanunvericiliyə uyğundur. İşəgötürənin bu səbəbdən təzyiq göstərməsi və ya işçini hədələməsi hüquqi əsas daşımır” , – deyə o qeyd edib.