00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Dünya

İmran Xana azadlığı üçün razılaşma təklif edilib?

Həbsdə olan Pakistanın keçmiş Baş naziri İmran Xan üçün hökumət tərəfindən azadlığa buraxılma müqabilində gizli bir razılaşma təklif edildiyi iddiası gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, İmran Xanın oğlu Qasım Xan “CBC News”a verdiyi müsahibədə atasına belə bir təklifin olunma ehtimalını istisna etməyib.

“Bir tərəfdən baxsam, onun bu razılaşmanı qəbul etməsini çox istərdim”, – deyə Qasım Xan bildirib.

Lakin o, atası ilə 7 aydan çoxdur danışmadığını və mümkün təklifin təfərrüatları barədə birbaşa məlumata malik olmadığını da əlavə edib. Qasım Xan həmçinin atasının digər siyasi məhbusları düşünərək yalnız öz azadlığı üçün belə bir şərti qəbul etməsinin çox çətin olacağını vurğulayıb.

Pakistanın İnformasiya Naziri Ətaullah Tarar isə iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib və rəsmi İslamabad təklif iddiasını təsdiqləməyib.

Xatırladaq ki, 73 yaşlı İmran Xan 2023-cü ildən bəri həbsdədir. Korrupsiya ittihamları ilə cəza çəkən eks-Baş nazir həbsinin siyasi sifarişli olduğunu bildirir. Avqust ayında Pakistan Ali Məhkəməsi səhhətinə görə onun xüsusi xəstəxanaya köçürülməsinə qərar vermişdi.

İmran Xanın sədri olduğu “Pakistan Tehreek-e-Insaf” (PTI) partiyasının rəhbərliyi isə siyasi məhbusların azad edilməsi, İmran Xanın bəraət alması və erkən seçkilərin keçirilməsi halında etiraz aksiyalarını təxirə sala biləcəklərini bəyan edib.