00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Gündəm

“İsrail hökuməti öz cinayətlərini ört-basdır etməyi hədəfləyir” – Türkiyə XİN

“Dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistematik şəkildə vəhşiliklər törədən və Qəzza xalqına qarşı soyqırımı ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunan İsrail hökuməti, 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi motivli qətnamə ilə öz cinayətlərini ört-basdır etməyi hədəfləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözlər İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı verdiyi qərarla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatda əksini tapıb.

“Hüquqi və tarixi faktları görməzdən gəlmək üçün edilən bu qərəzli cəhd, Netanyahu və onun əlbirlərinin düşdüyü çətin vəziyyəti vurğulayır, çünki Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən fələstinlilərə qarşı törədilən cinayətlərin araşdırılması ilə əlaqədar onlara qarşı həbs qərarları verilib.

Türkiyə İsrailin bölgədəki ekspansionist və sabitliyi pozan siyasətinə son qoymaq və Netanyahu hökumətini, xüsusən də Fələstin xalqına qarşı törədilən cinayətlərə görə qanun qarşısında məsuliyyətə cəlb etmək üçün qətiyyətlə çalışmağa davam edəcək”, – deyə bəyanatda qeyd edilib.