00:00 · 25.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğuBanka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
Dünya

“İsraili qorumaq üçün kifayət qədər qüvvə qalmayıb” – ABŞ-dən həyəcan siqnalı

ABŞ-nin Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviçin İsraili ballistik raket təhdidlərindən qorumaq üçün kifayət qədər hərbi resursa malik olmadıqları barədə Pentaqona xəbərdarlıq etdiyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, adı açıqlanmayan ABŞ rəsmiləri Qrinkeviçin bu həftə Müdafiə Nazirliyinə yazılı bildiriş göndərdiyini bildiriblər.

Məlumata əsasən, ABŞ komandanı İsrailin müdafiəsində istifadə olunan dəniz qüvvələrinin sayının kifayət etmədiyini qeyd edib. O bildirib ki, əlavə bir hərbi gəmi, xüsusilə də esmines ayrılmasa, ABŞ qüvvələrinin prioritetlərini yenidən müəyyənləşdirməli ola bilər.

Qeyd edilir ki, Qrinkeviç belə bir vəziyyətdə İsrailin müdafiəsini davam etdirmək əvəzinə ABŞ ərazisinin təhlükəsizliyinin təmin edilməsinə üstünlük verməli ola biləcəklərini vurğulayıb.

ABŞ rəsmiləri bildirirlər ki, bu xəbərdarlıq Vaşinqtonun İranla bağlı artan hərbi fəaliyyət fonunda resurslarının məhdudlaşdığını göstərir.

Pentaqon və ABŞ rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.