00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Media

İTV rəhbəri: “Televiziyalar yalnız sosial şəbəkələr və ya saytların yaydığı xəbəri təsdiqləyir”

“Dünyada ənənəvi media qarşısında böyük bir çağırış var. O çağırış da sosial medianın çox böyük sürətlə inkişafı ilə bağlıdır”.

Mia.az xəbər verir ki, bunu İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov “Real TV”də yayımlanan Media Masası proqramında deyib.

Onun sözlərinə görə, uzun illər televiziya və ənənəvi medianın bir monopoliyası var idi: “Bu gün isə artıq o monopoliya yoxdur və televiziyalar yalnız sosial şəbəkələr və ya saytların yaydığı xəbəri təsdiqləyir, çünki ənənəvi olaraq tamaşaçı televiziyalara etibar edir”.

Onun fikrincə, ənənəvi televiziya formatı artıq özünün son onilliyini yaşayır: “Bu, tək Azərbaycan televiziyasının problemi deyil. Bütün dünyada ənənəvi televiziya Titanik gəmisi kimi batır. İndi iki yol var, ya Titanikdəki orkestr kimi gəminin batdığını bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq”.