00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Cəmiyyət

Kimlərə övladlığa uşaq verilmir? — Açıqlama

Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib. Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır. Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqlar üstünlük təşkil edib.

Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, kimlər uşaq övladlığa götürə bilər? Hansı hallarda şəxsin övladlığa götürməsinə icazə verilmir?

“Azərbaycan uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda övladlığa verilə biləcək uşaqlar, ümumiyyətlə, valideyn himayəsindən məhrum olmuş 0-18 yaş aralığındakı uşaqlardır:

“Övladlığa götürmə qəyyumluqdan fərqlənir. Bu zaman uşağa övladlığa götürən şəxsin ad və soyadı verilir, onunla bağlı mülkiyyət və vərəsəlik hüquqları formalaşır. Bu gün əsas məqamlardan biri odur ki, övladlığa götürülən uşaqlar arasında daha çox 3 yaşa qədər olanlara üstünlük verilir. Bizə də bu barədə müraciətlər olur və izah edirik ki, yalnız 3 yaşa qədər uşaqları seçmək düzgün yanaşma deyil. Axı 3 yaşdan yuxarı uşaqların da sevgiyə və ailəyə ehtiyacı var. Adətən narahatlıq ondan ibarət olur ki, gələcəkdə uşaq onun bioloji övlad olmadığını biləcək. Amma onsuz da nə vaxtsa bunu öyrənəcək. Uşağı aldatmaq doğru deyil. Əgər bu fakt uzun müddət gizlədilərsə və uşaq sonradan övladlığa götürüldüyünü öyrənərsə, bu, daha ciddi psixoloji fəsadlara səbəb ola bilər. Bu baxımdan, insanların daha çox 3 yaşa qədər uşaqlara üstünlük verdiyini görürük”.

Kəmalə Ağazadə əlavə edib ki, bununla yanaşı, bizim təcrübəmizdə sığınacaqda reabilitasiya keçmiş 7-8 yaşlı uşaqların da övladlığa verildiyi hallar olub:

“Kimlər uşağı övladlığa götürə bilməz? Ağır dərəcədə sağlamlıq məhdudiyyəti olan şəxslərə uşaq verilmir. Bildiyim qədər, qanunvericilikdə artıq I qrup əlilliyi olan şəxslərin də övladlığa uşaq götürməsi mümkündür. Lakin onların fiziki vəziyyəti ayrıca qiymətləndirilir. Həmçinin uşaqlara qarşı işgəncə, pedofiliya, zorakılıq və digər bu kimi ağır cinayətlərə görə məhkum olunmuş, cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslərə də qanunvericiliyə uyğun olaraq uşaq övladlığa verilmir”.