KİV: ABŞ iki aya qoşunlarını Suriyadan çıxaracaq

ABŞ İsraili öz qoşunlarını Suriyadan tədricən çıxaracağı barədə məlumatlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

“ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyatının üzvlərinə iki ay ərzində qoşunların mərhələli şəkildə Suriyadan çıxaracağı barədə məlumat veriblər”, – məlumatda bildirilib.

Nəşrin yazdığına görə, İsrail əvvəllər hadisələrin bu cür inkişafının qarşısını almağa çalışsa da, buna nail ola bilməyib. Buna baxmayaraq, İsrail xüsusi xidmət orqanlarının rəsmiləri Amerika qoşunlarını Suriyada saxlamaq üçün Vaşinqtona təzyiq etməkdə davam edir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Pentaqon Suriyada 2 minə yaxın ABŞ hərbçisinin olduğunu bəyan etmişdi.

  • Related Posts

    Pakistanda daha bir terror aktı törədildi – Ölənlər var

    Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini daşıyan avtomobilin yaxınlığında partlayış baş verib. Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, terror hücumu nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Polis rəsmisi Naveed…

    ABŞ-də yoxsul ölkələrə yardım agentliyi ləğv edilə bilər

    ABŞ Prezidenti Donald Trampın administrasiyası yoxsul ölkələrin inkişafına cavabdeh olan agentliyi ləğv edə bilər. “Report” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb. “Biz…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik