00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Hava

Kondisioner havası niyə bəzi insanlara mənfi təsir göstərir? — Açıqlama

Yay aylarında kondisionerlərin istifadəsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İstər evlərdə, istər ofislərdə, istərsə də ictimai məkanlarda insanlar istilikdən qorunmaq üçün süni soyuducu sistemlərə üz tutur. Lakin eyni mühitdə olan hər kəs kondisioner havasını eyni cür qəbul etmir. Kondisioner havası niyə bəzi insanlara mənfi təsir edir?

Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, bu, hamı üçün fərdi məsələdir:

“Kondisioner daxili havanı filtrasiya edərək soyudan qurğudur. Eyni zamanda havadakı rütubəti azaldır və bu da daha quru mühit yaradır. Ona görə də bəzi xroniki xəstəliyi olan insanlara, xüsusilə astma xəstələrinə mənfi təsir göstərə bilər.

Ümumilikdə, kondisionerin davamlı işləməsi otaq temperaturunun aşağı qalması deməkdir. Bu isə yay aylarında belə soyuqdəymə hallarına səbəb ola bilər. İnsan isti mühitdən birbaşa sərin otağa keçdikdə bədən temperaturu dəyişir və orqanizm bu fərqə uyğunlaşmaqda çətinlik çəkir. Nəticədə soyuqdəymə və digər narahatlıqlar yarana bilər”.

Terapevt deyib ki, xroniki xəstəliyi olanlar bu vəziyyətdən daha çox əziyyət çəkirlər:

“Digər insanlar üçün də temperaturun kəskin dəyişməsi risk yaradır və soyuqdəymə hallarını artırır. Buna görə kondisioner zərərli deyil, amma düzgün və yerində istifadə olunmalıdır. Əks halda, qışda olduğu kimi yayda da soyuqdəymə halları müşahidə oluna bilər” , – deyə o qeyd edib.

Beləliklə, kondisionerin yaratdığı quru hava və qəfil temperatur dəyişikliyi bədənin müqavimətini salaraq yay soyuqdəyməsinə yol açır.