00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Təhsil

Magistraturanın boş qalan plan yerləri üzrə müsabiqənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri üzrə keçirilən müsabiqənin nəticələri elan olunub.

Uluyol.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri üzrə keçirilən müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib.

Bakalavrlar müsabiqənin nəticələri barədə məlumatı mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”) vasitəsilə “iş nömrəsi”ni “7727” nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Magistraturanın boş qalan plan yerləri üzrə keçirilən müsabiqədə iştirak etmək üçün 1 457 bakalavr müraciət edib. Müsabiqənin nəticələrinə əsasən, onlardan 508 nəfər, o cümlədən 82 nəfər dövlət sifarişi əsasında magistraturaya qəbul olunub.

Qəbul olunan bakalavrların siyahısı və müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında dərc ediləcək.

Jurnalın elektron versiyasını (PDF formatında) sabah günün ikinci yarısından etibarən DİM-in saytının “Elektron xidmətlər” bölməsindəki “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə abiturient.az saytından əldə etmək mümkün olacaq.

Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.

Qeydiyyat sentyabrın 3-də saat 15:00-da başlayacaq və sentyabrın 9-u saat 18:00-da başa çatacaq.

Qəbul olunan şəxslər qeydiyyatdan keçmək üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar.

Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.