00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Sosial

Mirfəyyaz Nağıyevin 22 milyon vergi borcu var – Maraqlı hərrac… «MS OIL» qalır

Azərbaycanda tanınmış MSDIS HOLDING”in böyük məbləğdə vergi borcu üzə çıxıb.
Bizimesr.media bildirir ki, “MSDIS HOLDING” MMC-nin (VÖEN 1505072121) vergi borcu 21 milyon 937,6 min manatdır.

Böyük vergi borcu olması və ödənişdəki çətinlik səbəbindən “MSDIS HOLDING”-in əmlakları satışa çıxarılıb. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hzoldinqə məxsus olan torpaq sahəsi və qeyri-yaşayış obyekti hərraca çıxarılıb.

Buraya İmişli rayonunda, Bəhramtəpə qəsəbəsində yerləşən 1 hektar 16 sot torpaq sahəsi, eləcə də Bakı şəhəri Nərimanov Rayonu, Xətai pr ev.34 ünvanında yerləşən 612 kvadratmetrlik qeyri-yaşayış obyekti aiddir.

Maraqlıdır ki, hər iki obyekt olduqca aşağı ilkin qiymətə – cəmi 58 min manata satışa çıxarılıb. Hərracda iştirak etmək istəyənlər əmlakın dəyərinin 5%-i həcmində – 2900 manat beh yatırmalıdırlar.

Qeyd edək ki, Bakıda, Abşeronda və bir çox başqa rayonlarda fəaliyyət göstərən “MS Oil” yanacaqdoldurma məntəqələri “MSDIS Holding”ə məxsusdur. Holdinqin rəhbəri Mirfəyyaz Nağıyevdir. «MS OIL» şirkətinin hüquqi ünvanı Bakı, Nərimanov rayonu, İsmayıl Hidayətzadə ev 20A m 51-dir. Maraqlıdır ki, yanacaqdoldurma məntəqələri satışa çıxarılmayıb.