00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Mövqe

“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə…” – Əraqçi

“İranın ABŞ ilə münaqişəni diplomatiya yolu ilə həll etmək üçün heç bir səbəbi yoxdur, lakin sülhə nail olmaq naminə hələ də bu addımı atmağa hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi “NBC News” telekanalına müsahibəsində bəyan edib.

“Diplomatiya üçün hər zaman ümid var. Lakin bizdən soruşsanız, son iki ildəki addımlarına görə bu administrasiya ilə yenidən diplomatiyaya və dialoqa qayıtmaq üçün heç bir səbəbimiz yoxdur. Bununla belə, mən hələ də diplomatiya ilə məşğul olmağa çalışıram, çünki sülh üçün tək bir şansı belə əldən verməməli olduğumuza inanıram”, – deyə nazir bildirib.

İran diplomatik korpusunun rəhbəri vurğulayıb ki, Tehran həm müharibəyə, həm də danışıqlara eyni dərəcədə hazırdır:

“Biz müharibənin bərpasına tam hazır vəziyyətdəyik. Hər hansı yeni təcavüz qarşısında, hətta bu Qiyamət gününədək davam etsə belə, möhkəm dayanacağıq”.

Əraqçi İranın vasitəçilər tərəfindən ABŞ-yə Hörmüz boğazının açılmasını və danışıqların bərpasını nəzərdə tutan 7 maddəlik plan təqdim etdiyini təsdiqləyib:

“Əgər amerikalılar konkret addımlar atsalar, Tehran Hörmüz boğazını açmağa hazırdır. Tehranın əsas şərtləri sırasına 8 ay əvvəl başlayan müharibənin dayandırılması, dondurulmuş aktivlərin blokdan çıxarılması və dəniz blokadasının ləğvi daxildir. İran ABŞ-dəki aralıq seçkilərinə əhəmiyyət vermir və yalnız öz milli maraqlarını rəhbər tutur”.

Xatırladaq ki, bundan əvvəl İran Yaxın Şərq ölkələrini ABŞ-nin “təhlükəsizlik çətiri”nə bel bağlamamağa çağırmışdı.