00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Siyasət

Müsavat Divanının gündəliyi

Sentyabrın 21-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər müzakirə olunub.  Bakının Qurtuluş günü ilə bağlı partiya rəhbərliyinin və bir qrup fəalının Türk Şəhidliyini ziyarət etməsi ilə bağlı məlumat dinlənilib.

Müsavat Məclisinin sədri Arif Hacılı Məclisin komissiya sədrlərinin iclası barədə məlumat verib.

Ölkədəki ictimai-siyasi vəziyyət bölümündə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi üzrə məhkəmə prosesinin hazırlıq iclası barədə məlumat dinlənilib.  Qeyd edilib ki, məsələ ölkəmiz üçün ictimai-siyasi əhəmiyyət kəsb etdiyi üçün məhkəmə prosesinin açıq keçirilməsi və istintaqın nəticəsi barədə cəmiyyətə ətraflı məlumat verilməsi zəruridir.

Dünyada gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Rusiyada keçirilən parlament seçkilərində çoxsaylı saxtakarlıq faktlarının ortaya çıxdığı qeyd edilib.  Müxalifətdə olan “Yabloko” partiyasının seçkilərdən kənarlaşdırılmasına baxmayaraq, Rusiya  hakimiyyətinin kütləvi saxtakarlığa rəvac verməsi Kreml rejiminin xalqın dəstəyindən məhrum olmasının sübutu  kimi qiymətləndirilib.

Gürcüstan Tsxinvali bölgəsində separatçı qüvvələr tərəfindən keçirilən “seçkilərin”  beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. Rusiyanın Gürcüstana qarşı ekspansiya siyasəti pislənilib.

Sonda cari məsələlər müzakirə olunub.