00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Gündəm

Ölkəni sarsıdan hadisə yenidən açıldı, şok izlər: 19 nəfər həbs edildi

Türkiyədə Muhsin Yazıcıoğlu ilə bağlı illərdir davam edən istintaqda yeni mərhələ başlayıb.

Musavat.com xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan çoxşaxəli istintaq çərçivəsində 29 şübhəli barəsində tədbir görüldüyünü açıqlayıb. Onlardan 27-si saxlanılıb, 19 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 8 nəfər isə məhkəmənin qərarı ilə məhkəmə nəzarətinə buraxılıb. Digər 2 şübhəli isə artıq başqa iş üzrə həbsdədir.

Nazirin sözlərinə görə, cinayət işində FETO-nun məxfi strukturu, təşkilati əlaqələr, 15 iyul çevriliş cəhdinin əsas fiqurlarından olan Adil Öksüzlə mümkün bağlantılar, ByLock yazışmaları və çoxsaylı şübhəlilərin əvvəllər FETO ilə bağlı araşdırmalara cəlb olunması diqqətlə araşdırılır.

Akın Gürlek bildirib ki, bu istintaq təkcə illər əvvəl baş vermiş faciəli hadisənin araşdırılması deyil, həm də dövlət strukturlarına sızaraq həqiqətin üzərinin örtülməsinə çalışan FETO-nun fəaliyyət izlərinin üzə çıxarılmasına xidmət edir.