00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Siyasət

Paşinyandan yeni konstitusiya ilə bağlı – Açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir daha bəyan edib.

Uluyol.info xəbər verir ki, Paşinyan bu haqda Konstitusiya Günü münasibətilə xalqa müraciətində danışıb.

O bildirib ki, yeni əsas qanunun qəbulu hakimiyyətin prioritet məsələlərindən biri olaraq qalmaqdadır:

“Yeni konstitusiyanın qəbulu Ermənistanın gələcək inkişafı üçün zəruridir. Bu, sadəcə hüquqi sənəd deyil, dövlətin gələcəyini müəyyənləşdirəcək əsasdır”.

Paşinyanın sözlərinə görə, hazırkı konstitusiya cəmiyyətdə və dövlət idarəçiliyində yaranmış bütün problemlərin həlli üçün kifayət etmir:

“Vətəndaşın özünü dövlətin qurucusu kimi hiss etdiyi, hüquq və məsuliyyətlərin aydın şəkildə müəyyən olunduğu yeni konstitusiyaya ehtiyacımız var”.

Baş nazir bildirib ki, yeni konstitusiya Ermənistanın dövlət institutlarını daha da gücləndirməli, ölkənin sabit və uzunmüddətli inkişafına xidmət etməlidir.

Qeyd edək ki, bu məsələ Azərbaycan hökumətinin sülh prosesi danışıqlarında Ermənistan tərəfinin qarşısına qoyduğu ən mühüm şərtlərdən biridir.//qafqazinfo