00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Dünya

Qapalı şam yeməyində səfir və nazir arasında böyük qırğın – “Burada hakimiyyəti dəyişə bilərik”

ABŞ-nin Yunanıstandakı səfiri, Prezident Donald Trampa yaxınlığı ilə tanınan Kimberli Gilfoyla aid edilən sözlər Afinada siyasi zəlzələyə səbəb olub.

Musavat.com xəbər verir ki, “The Wall Street Journal”ın geniş araşdırmasında mart ayında Afinada Yunanıstan və ABŞ rəsmilərinin iştirak etdiyi şam yeməyində baş verdiyi bildirilən gərgin insidentdən bəhs olunur.

Nəşrin məlumatına görə, Gilfoyl ilə Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavru arasında mübahisə yaranıb. Söhbət həmin vaxt Rumıniyadakı hakimiyyət dəyişikliyinə gəlib çatıb.

Məlumata əsasən, ABŞ səfiri Kimberli Gilfoyl belə deyib:

“Biz bunu istədiyimiz istənilən ölkədə edə bilərik. Burada da edə bilərik”.

Papastavru isə buna etiraz edərək ABŞ-nin xalq tərəfindən seçilmiş Yunanıstan hökumətini dəyişdirə bilməyəcəyini bildirib. Bundan sonra tərəflər arasında söhbətin daha da gərginləşdiyi qeyd olunur.

Gilfoylun vəkili də nəşrə söhbətin bu şəkildə təsvir edilməsinə etiraz edib.

Kimberli Gilfoyl Donald Trampın siyasi çevrəsinə yaxın fiqurlardan sayılır. O, əvvəllər Donald Trampın oğlu Donald Tramp Jr. ilə nişanlı olub. Cütlük 2024-cü ildə ayrılıb. Gilfoyl regionda ABŞ qazının daşınmasını nəzərdə tutan Şaquli Qaz Dəhlizinin fəal tərəfdarlarından biri kimi də çıxış edir.