00:00 · 28.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsraildə seçkinin ilkin nəticəsi – Netanyahu uduzurMoskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…15 km-lik yeraltı əməliyyat – Zelenski rus ordusuna vurulan dəhşətli zərbəni açıqladı! – FOTORamiz Mehdiyevin müsadirə edilən əmlakları – SiyahıWhatsApp hesabları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİSeparatçılarla revanşistlər bir araya gəldi: “İşçi platforması” yaradırlarMaşında əlinizdəki telefonu kamera çəkə bilər – Cəriməsi 50 manatdırAqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş – İcazə verin, şübhələnək…“Çıraq palace” haqda İLGİNC İDDİALARAlmaniya adamı dəyişdirir. 74 yaşlı mühacirin etirafıPrezident Mirsaleh Seyidovu vəzifədən azad etdiUkraynada qış kabusu: Azərbaycan Kiyevin enerji cəbhəsinə qoşulduİsraildə seçkinin ilkin nəticəsi – Netanyahu uduzurMoskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…15 km-lik yeraltı əməliyyat – Zelenski rus ordusuna vurulan dəhşətli zərbəni açıqladı! – FOTORamiz Mehdiyevin müsadirə edilən əmlakları – SiyahıWhatsApp hesabları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİSeparatçılarla revanşistlər bir araya gəldi: “İşçi platforması” yaradırlarMaşında əlinizdəki telefonu kamera çəkə bilər – Cəriməsi 50 manatdırAqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş – İcazə verin, şübhələnək…“Çıraq palace” haqda İLGİNC İDDİALARAlmaniya adamı dəyişdirir. 74 yaşlı mühacirin etirafıPrezident Mirsaleh Seyidovu vəzifədən azad etdiUkraynada qış kabusu: Azərbaycan Kiyevin enerji cəbhəsinə qoşuldu
İdman

Ronaldo Messinin gedişini belə şərh etdi – “Səni qucaqlayıram…”

Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldo əzəli rəqibi Lionel Messinin Argentina yığmasındakı karyerasını bitirməsinə reaksiyasız qalmayıb.

Uluyol.infoxəbər verir ki, portuqaliyalı ulduz Messinin rəsmi “Instagram” hesabındakı vida paylaşımına səmimi şərh yazaraq diqqət çəkib:

“Leo, bu qədər il ərzində ölkənin rənglərini qorudun və bu tarix əbədi qalacaq. Argentina ilə əldə etdiyin hər şeyə görə sonsuz hörmətim var. Səni qucaqlayıram”.

Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə həm keçirdiyi oyun (208), həm də vurduğu qol (126) sayına görə mütləq rekordçu kimi tarixə düşüb. O, yığma ilə Dünya Çempionluğu, iki dəfə Amerika Kuboku, Olimpiya qızılı və gənclər arasında dünya çempionluğu da daxil olmaqla bütün mümkün titulları qazanıb.

Xatırladaq ki, oktyabrın 6-da Lionel Messi Buenos-Ayresin “Monumental” stadionunda Argentina forması ilə son matçına çıxıb. Beninlə 3:0 hesabı ilə başa çatan yoldaşlıq oyununda 39 yaşlı əfsanəvi hücumçu 1 qol vurub və 2 məhsuldar ötürmə edərək 21 illik milli karyerasına möhtəşəm nöqtə qoyub. Matçdan sonra paylaşım edən Messi ailəsinə, azarkeşlərə və əbədi xatirəsi olan Dieqo Maradonaya təşəkkür edib.//qafqazinfo