00:00 · 25.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğuBanka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
Araşdırma

Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi – səssiz savaş başlayır

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Ermənistanın xarici siyasət kursu ilə bağlı sərt bəyanat yayıb.

Musavat.com xəbər verir ki, SVR Avropa İttifaqını Ermənistanı Rusiya ilə iqtisadi, humanitar və mədəni əlaqələri zəiflətməyə məcbur etməkdə ittiham edib.

SVR-in açıqlamasına görə, Brüssel Ermənistanın Rusiya biznesinin ölkədəki mövcudluğunu azaltmasını, həmçinin Moskva ilə əlaqələrini mərhələli şəkildə zəiflətməsini tələb edir.

Rusiya kəşfiyyatı bildirir ki, Avropa İttifaqı Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşmasının ölkədə ciddi iqtisadi böhran yaradacağını yaxşı bilir. Buna baxmayaraq, Brüssel İrəvana qeyd-şərtsiz dəstək veriləcəyi təəssüratını formalaşdırmağa çalışır.

SVR-in iddiasına görə, Aİ rəsmiləri konkret maliyyə və digər yardımların gecikməsini Ermənistanın Avropa ilə inteqrasiya yolunda əldə edəcəyi nəticələrlə izah edirlər.

Rusiya Xarici Kəşfiyyat Xidməti sonda vurğulayıb ki, Ermənistan hakimiyyəti Avropa İttifaqının ölkənin bütün problemlərini öz üzərinə götürəcəyinə və Aİ istiqamətindəki kursunu tam maliyyələşdirəcəyinə ümid etməməlidir.