00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Araşdırma

Səxavət Əsədovun 112 minlik maşın arzusu baş tutmadı: Tender ləğv edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun keçirdiyi tenderin nəticəsi ləğv olunub.

Tribuna.az xəbər verir ki, bununla bağlı açıq mənbələrdə məlumat yayılıb.

Məlumatda bildirilir ki, tender instituta xidməti minik avtomobilin alınması məqsədi üçün elan edilibmiş. Həmçinin o da qeyd edilib ki, sözügedən qurum 1 ədəd “Cip” markalı avtomobil almağı hədəfləyibmiş. Bu məqsədlə 112 min 433 manatlıq büdcə də nəzərdə tutubmuş.

Rəsmi qaynaqlarda qeyd edilir ki, tenderin ləğvinə səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması olub. Bu isə qanunverciliyin 36.1.1.-ci maddəsinin pozulması deməkdir.

Tribuna.az onu da bildirir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutuna hazırda Səxavət Böyükbala oğlu Əsədov başçılıq edir. O, bu vəzifəyə 2021-ci ildə təyin olunub.